Icma.az
close
up
RU
Meymunlar bayramı, lüt insanlar festivalı: Dünyadakı qəribə bayramlar

Meymunlar bayramı, lüt insanlar festivalı: Dünyadakı qəribə bayramlar

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada bir sıra qəribə bayramlar var.

Bəs siz bu bayramları bilirsinizmi?

Gununsesi.info dünyadakı qəribə bayramları təqdim edir:

Meymunlar bayramı- ilk oxunuşda üzdə gülüş yaratsa da, bəli, bu bayram Tailandda qeyd olunur. Onlar buna “Meymun ziyafəti” deyirlər. Bayram tanrı Rama və onun meymunlar ordusunun şərəfinə edilir. Həmin bayramda 600-ə qədər meymun Lopburinin yerli əhalisinin təşkil etdiyi qonaqlıqda iştirak edir və onlar üçün meyvə-tərəvəzdən hazırlanmış süfrədə meymunlar bütün gün ərzində yeyib-içir, əylənirlər.

Portağal döyüşü- bu adda bayramın olduğunu bilirdinizmi? Hər il  İtaliya İvreya şəhərində keçirilən bu bayram, düz 12-ci əsrdən etibarən qeyd olunur. Festivalda iştirak edən insanlar adətən doqquz komandaya  bölünürlər və hər komandanın yeganə vəzifəsi digərini məğlub etməkdir. Portağal festivalında iştirak etmək istəməyən insan qırmızı papaq geyinməlidir, onda həmin insana heç kəs portağal atmaz.

Halloween bayramı- Hər il oktyabrın 31-də Amerikada ingilis dilində “Halloween” adlanan bayram qeyd olunur. Bu bayramın əsas atributlarından biri balqabaqdır. İnsanlar məhz həmin gün balqabaqların içini oyub, şam qoyurlar. Onlar hazırladıqları bir-birindən əcaib balqabaq fiqurları ilə bayramı qeyd edirlər.

“Tomatina” festivalı-Avqustun son həftəsində İspaniyanın Bunyol şəhərində “Tomatina” adlı festival keçirilir. İspanlar bu festivalı keçirərək yayı yola salırlar. Bütün festivallar kimi “Tomatina” festivalı bayram atəşfəşanlığı, musiqi, bitməyən şən rəqslər və pulsuz qonaqlıq ilə müşayiət olunur. Lakin bütün  dünyada şöhrət qazanan bu festivalın əsas xüsusiyyətlərindən biri odur ki, bayram günü şəhər meydanında pomidor döyüşü keçirilir. Festival üçün 100 ton yetişmiş pomidor hazırlanır. eyni zamanda , çox şən keçən döyüş 1 saat davam edir. Əyləncənin bitməsi üçün su toplarından bir siqnal verilir.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri