Icma.az
close
up
RU
Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI

Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bazarlarda bolluq var, amma qiymətlər niyə ucuzlaşmır? Bazarlarda bolluq var, amma qiymətlər niyə ucuzlaşmır?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qiymətlərin yüksək qalmasının arxasında bir neçə iqtisadi amil dayandığını bildirib.

Onun sözlərinə görə, ilk növbədə kənd təsərrüfatında istehsal xərcləri son illərdə əhəmiyyətli dərəcədə artıb:

“Bazarlarda yerli mövsümi meyvə və tərəvəzin bol olmasına baxmayaraq, qiymətlərin yüksək qalmasının əsas səbəbləri istehsal xərclərinin artması, suvarma, gübrə, yanacaq və işçi qüvvəsinə çəkilən xərclər, həmçinin daşınma və saxlanma xərcləridir. Bundan əlavə, məhsulun istehsalçıdan istehlakçıya çatana qədər bir neçə vasitəçidən keçməsi də qiymətin yüksəlməsinə səbəb olur”.

Ekspert qeyd edib ki, məhsulun son satış qiyməti təkcə fermerin müəyyən etdiyi qiymətlə formalaşmır:

“Qiymətin formalaşmasında bütün bu amillər rol oynayır, lakin logistika və vasitəçilərin təsiri daha çox hiss olunur. Daşınma, anbar və bazar xərcləri ilə yanaşı, hər vasitəçi məhsulun üzərinə öz qazancını əlavə etdiyindən son satış qiyməti artır”.

Akif Nəsirli hesab edir ki, bazara məhsul axınının davam etməsi müəyyən qədər qiymət azalmasına səbəb ola bilər. Lakin bu ucuzlaşmanın ciddi həcmdə olacağı gözlənilmir:

“Əgər məhsul bolluğu davam etsə və bazara təklif artsa, yaxın həftələrdə bəzi mövsümi meyvə və tərəvəzlərin qiymətlərində müəyyən ucuzlaşma müşahidə oluna bilər. Lakin bu ucuzlaşmanın böyük olacağı gözlənilmir, çünki istehsal və logistika xərcləri hələ də yüksək olaraq qalır”.

Ekspertin fikrincə, istehlakçılar yaxın günlərdə bəzi məhsullar üzrə cüzi qiymət enişi görə bilsələr də, mövcud xərc yükü səbəbindən bazarda kəskin ucuzlaşma gözləməyə dəyməz. Mövsüm ərzində qiymətlərin əsasən təklifin həcmi və logistika xərclərinin dinamikasından asılı olacağı bildirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 İyul 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri