MİDA nın sisteminə müdaxilə edənlərdən biri ADNSU nun tələbəsi imiş
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz olaraq müdaxilə edən 2001-ci il təvəllüdlü şəxsin məhkəmə prosesi başa çatıb.
"Cebheinfo.az"xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, hakim qarşısına Azərbaycan Dövlət Neft və Sənaye Üniversitetinin tələbəsi olan Yasin Fərhadov (ad-soyad şərtidir) çıxarılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, o, informasiya təhlükəsizliyi və texnologiya sahəsində biliklərə malik olduğundan dayılarına MİDA-dan güzəştli şərtlərlə mənzil əldə etmək üçün kömək etmək qərarına gəlib. Lakin o, seçim zamanı istəyinə çata bilməyib.
Qanunsuz müdaxiləsi ilə vaxt üstünlüyü qazanmağa çalışan şəxs hüquq-mühafizə orqanları tərəfindən ifşa olunub. Məlum olub ki, həmin vaxt ümumilikdə 12 şübhəli kabinetdən sistemə sorğular göndərilib.
Məhkəmənin hökmünə əsasən, 21 yaşlı tələbə bu qanunsuz əməlinə görə 4000 manat cəriməlinib. MİDA nümayəndəsi məhkəmədə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Qeyd edək ki, hadisə MİDA-nın Binəqədidə 627 mənzili satışa çıxardığı vaxt baş verib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 29 İyul 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















