“Milan” Levandovskiyə maraq göstərir
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Milan” klubu “Barselona”nın hücumçusu Robert Levandovskini heyətinə qatmaq niyyətindədir.
QOL.az xəbər verir ki, klub polşalı futbolçu üçün hərəkətə keçib. Məlumata görə, klub rəsmisi İqli Tarenin futbolçunun meneceri Pini Zahavi ilə görüşüb. İtaliya təmsilçisinin Levandovskiyə 1 ildən artıq müddətə müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Kataloniya klubunun gələn yay 37 yaşlı forvardı əvəzləmək istədiyi, lakin büdcə məsələlərinə görə onunla yola davam edə biləcəyi də vurğulanıb. Futbolçu özü isə karyerasını Avropanın top klublarından birində davam etdirmək arzusundadır.
Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.
Baxış sayı:27
Bu xəbər 19 Noyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















