Icma.az
close
up
RU
Millət vəkili: 20 sentyabr şanlı Azərbaycan ordusunun qəhrəmanlıq səhifəsidir

Millət vəkili: 20 sentyabr şanlı Azərbaycan ordusunun qəhrəmanlıq səhifəsidir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azər Badamov: “Qarabağda separatizmin tabutuna sonuncu mıx vuruldu”



Qarabağ məsələsi uzun illər Azərbaycanın milli təhlükəsizlik, dövlətçilik və ədalət anlayışının mərkəzində yer alıb. Torpaqlarımızın bir hissəsini separatçıların zəbt etməsi, həm mənəvi, həm də siyasi baxımdan qəbulolunmaz vəziyyət yaratmışdı. Amma Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmadı. Güclü ordu quruldu, diplomatik sahədə irəliləyişlər əldə olundu, xalq isə əzmini və birliyini daim qorudu.

2020-ci ildə baş verən Vətən müharibəsi ilə başlanğıcı qoyulan yeni mərhələ, 2023-cü ilin 20 sentyabrında-antiterror əməliyyatı ilə tam nəticəsini verdi. Azərbaycan Ordusu qətiyyətli addım ataraq ölkənin suverenliyini tam şəkildə bərpa etdi. Bu tarix yalnız hərbi əməliyyat deyil, həm də dövlətin iradəsinin, xalqın birliyinin və liderliyin uğurlu sintezinin nəticəsi kimi yadda qaldı.

Separatçılığa son qoyuldu, konstitusion quruluş bütün ölkə ərazisində bərqərar edildi. Əldə olunan bu uğur həm daxildə sabitliyi möhkəmləndirdi, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu bir daha göstərdi. Ən əsası isə, bu hadisə göstərdi ki, Azərbaycan öz torpaqları və suverenliyi uğrunda heç bir təzyiq və ya şərtlə geri çəkilmir. Qarabağ yalnız bir dövlətindir-o da Azərbaycan Respublikasıdır.


Millət vəkili Azər Badamov Sherg.az-a bildirib ki, 20 sentyabr şanlı Azərbaycan ordusunun qəhrəmanlıq səhifəsidir:

anti

"1924-cü ildə sovet Rusiyası Qarbağda süni şəkildə ermənilər üçün “muxtar vilayət” yaratmaqla Azərbaycanın canına qara yara saldı. Qəhrəman ordumuz vətənimizi bu qara yaradan qurtardı. Cənab Prezidentin sözləri ilə desək 20 sentyabrda erməni separatçılığın tabutuna axrıncı mıxı vurularaq dəfn edildi. Bu gün torpaqlarımızda tam şəkildə suverenlik və konstitusion hüquqlar bərpa olunub. Biz bunun üçün çox çalışmalı, vuruşmalı olduq. 

Belə ki, 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsindən sonra Qarabağda erməni separatizmi böyük təhlükə olaraq qalmaqda idi. Sülhməramlı adından Qarabağa gələn rus hərbiçilərinin köməyi ilə separatçılar yenidən silahlanır, ərazilərimizi minalayırdılar. Bu, işğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin həyatları üçün böyük təhlükəyə çevrilmişdi. Dəfələrlə xəbərdarlıqlar etməyimizə baxmayaraq separatçılar öz çirkin niyytələrini davam etdirirdilər. II Qarabağ müharibəsindən sonra dövlət başçımızın tapşırığı ilə yeni komando ordu növləri yaradılaraq ordumuz daha da peşəkarlaşdırıldı".


Deputat Ali Baş Komandanın tapşırığı ilə 20 sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın 23 saatdan az bir müddətdə Qarabağda konstitusion dövlət quruluşunu bərpa etdiyini söyləyib: 

"Qısa müddətdə keçirilən bu əməliyyat sayəsində  qəhrəman ordumuz düşəmənin 10 mindən çox silahlını tərksilah etdi. Ermənilərdən fərqli olaraq biz mülki əhalinin heç birinin burnunu belə qanatmadıq. Amma ermənilər 90-ci illərin əvvəlində xalqımıza qarşı soyqırımlar törətdi və mülki əhalini ayaq yalın dağları aşaraq öz yurdlarından qaçmağına məcbur etdilər. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində elə bir yeni reallıq yaradıldı ki, Qarbağda özünü əbədi kök saldığını deyən separatçılar öz xahişləri ilə ərazilərimizi tərk etməyinə yol açmaqlarını xahiş etdilər. Separatçıların başçıları və hərbi cinayətlərdə əli olan cinayətkarlar isə həbs olunaraq Bakıya gətirildi. Beləliklə onların "paytaxtımıza çay içmək arzusunu" reallaşdırdıq. Onlar bu gün istintaq təcridxanasında "çay içib dincələrək" işlətdikləri cinayətlərin bədəlini ödəyirlər. Sonda qısa olaraq deyə bilərik ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından bir olduğunu döyüş meydanında sübut etdi". 


Millət vəkili bu gün də ölkəmizə qarşı təhdid dolu çağırışların müşahidə olunduğunu qeyd edib: 

"Ölkəmizə qarşı təhdit dolu çağırışlar edənlər bilsinlər ki, Azərbaycan xalqı öz ordusu ilə ölkənin suverənliyini müdafiə etməsi üçün Ali Baş Komandanın yanında birləşib ölkəni müdafiə etməyə və düşmənlərə lazımı cavab verməyə hər zaman hazırdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri