Icma.az
close
up
RU
Millətin qan yaddaşı dövlət dilimizin gücü

Millətin qan yaddaşı dövlət dilimizin gücü

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əkbər QOŞALI

Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səslənən “Dil o amildir ki, milləti millət edir” kəlamına sadə ifadə kimi yanaşa bilmərik; bu, tarixi missiyanın fəlsəfəsi kimi qəbulu haqq edir. Dil bir insan üçün əsas ünsiyyət vasitəsi olmaqdan çıxıb, bir ölkə üçün milli varlığın, millət olma bilincinin, mədəni köklərin və taleyin daşıyıcısına çevrilir. Biz bunu yalnız Azərbaycan xalqına şamil etməyib, bütöv Türk dünyasının ortaq ruh fəlsəfəsi kimi dəyərləndirə bilərik.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, mənəvi bütövlüyümüzün rəmzidir – obrazlı desək, dil dövlət müstəqilliyinin çoxcildliyində ən parlaq səhifə, ən əziz yadigardır. Dil millətin düşüncə sərvətidir, vicdan fonudur, tarix və gələcəyin qovşağıdır.

Son illər dünya sürətlə qloballaşır, informasiya axını sınır tanımır; lakin qloballaşmanın təzyiqi altında ana dilinə yad kəlmələrin gərəksiz və çox yüklənməsi milli şəxsiyyət üçün bir təhlükədir. Prezident bu kontekstdə sadəcə bir mədəni məsələni vurğulamadı; o, milli kimliyin varlıq məsələsini müzakirəyə gətirərək, dilimizi qorumaq, saflığını təmin etmək, onu həm də milli sərvət kimi yaşatmağın gərəkliliyinə toxundu.

Biz günümüzdə İKT, ümumən texnologiya və informasiya axını içində öz iç gücümüzə dayanmalıyıq. Çünki yüz illər öncə dini, siyasi-ideoloji və müxtəlif paltarlara bürünmüş, nələrləsə süslənmiş-püslənmiş yabançı mədəniyyət axınlarının dilimizə necə yükləndiyini bilirik.
“Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximiz də zəngin olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır”. - Bu, cənab Prezidentin müsahibəsindən götürülüb.

Yuxarıda da vurğuladığımız kimi, dilimizdəki gərəksiz yüklənmələrdən aram-aram, səliqə-sahmanla qurtulmaq varkən, bu gün yeni və özü də çox sürətli, “bütün cəbhə boyu” axın edən yabançı mədəniyyət qarşısında ərdəmli duruşumuz qaçınılmazdır.
Üsul-vasitələr, mexanizmlər varmı? – Var. Qanunvericilik aktları, inzibati qurumlar, onların metodları öz yerində; bununla belə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, necə deyərlər, tam anlamı ilə ocaqlaşmalı; universitetlərimizin uyğun fakültə, kafedra və mərkəzləri səfərbər olmalı; yaradıcılıq birlikləri öz üzərinə məsuliyyət götürməkdən çəkinməməlidir. Özəlliklə, Yazıçılar və Jurnalistlər birliklərinin, eləcə də Dünya Gənc Türk Yazarlar Birliyinin, Balabilgə Akademiyasının daha təsirli işlər görə biləcəyinə inanıram.

Dilin keşiyində durmağı, dili yüksək tutmağı bacaran, dilə yeni sözlər qazandıran yaxud unudulmağı haqq etməyən sözləri dövriyyəyə qaytaran qələm adamları sinəsindən itələnməməlidir – belə yaradıcıların qədri bilinməlidir; necə deyərlər, kürəklərində əl olmasa da olar, təki sinələrindən itələnməsinlər.

Bu baxımdan Azərbaycan dili Türk dünyası ilə ortaq məkanın da əsas dayağıdır. Bir çox türk xalqları üçün Azərbaycan dili “qonşu dili” deyil – ortaq mənəvi və mədəni qaynağın bir ifadəsidir. Tariximiz, poeziya və düşüncə bu dildə yaşayır; bu dil qırılmaz anlam bağları ilə Türk dünyasının müxtəlif coğrafiyalarına sirayət edib, orada da çiçəklənir. Beləliklə, dil həm milli kimliyi qoruyur, həm də Yerdən-Göyə, Göydən-Yerə uzanaraq, dalğa-dalğa yayılıb Türk dünyasının ortaq ailə ənənələrini möhkəmləndirir.

Dilin fikri ifadə vasitəsi olması öz yerində; artıq vurğuladığımız kimi, o, həm də millətin qan yaddaşıdır – özünü tanımasının, özgüvəninin, varlığını hiss etməsinin, tarixi təcrübəsini gələcəyə ötürməsinin universal vasitəsidir. “Dil o amildir ki, milləti millət edir” – Abba Səhhətin “Südüdür kim, dolanıb qanım olub” misrası ilə taclanmış “Vətən” şeirini xatırladan bu söz milli varlığa çağırışdır: dilimizi yalnız yaşatmaqla yetinməyək, onu bilinclə, qürurla və davamlı şəkildə irəli götürək – yaxud onunla irəliləyək.

Bu prizmdən baxdıqda, dil siyasəti dövlətin mədəni strategiyası olmaqla birgə, milli və coğrafi-strateji ənənənin qorunması aktıdır. Bu siyasət Türk dünyasının ortaq məkanında inteqrasiya və identikliyimizin gələcək dirçəlişi üçün önəmli pəncərədir.

Dilimizin də, dövlətimizin də bayrağı uca olsun!
Dili uca olan millətin yığvalı da uca yazılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri