Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan çini kolleksiyanın kataloqu nəşr olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 aprel, AZƏRTAC
“Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası”nın kataloqu nəşr olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, kataloqun müəllifi Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Fatma Qəniyeva, elmi redaktoru isə həmin şöbənin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulovadır.
Kataloqda muzeyin Etnoqrafiya fondunda qorunan, fərqli tərtibat, dizayn xüsusiyyətləri ilə seçilən XVI–XIX əsrlərə aid çini və saxsı məişət məmulatları təqdim edilir. Sözügedən nəşrdə Azərbaycanın müxtəlif bölgələrində və xarici ölkələrdə — Çin, Yaponiya, İngiltərə, Fransa (Limoj), Ukrayna (“Baranovka”, “Qorodnitskiy”), Rusiyada (“Qardner”, “Kuznetsov”, “Safronov”, “Popov”) istehsal olunmuş 500-dən artıq nümunə yer alır. Kataloqda qədim məişət əşyaları— kuzə, küp, nimçə, çıraq və digər məmulatlar funksional və dekorativ xüsusiyyətlərinə görə təsnif edilib. Təqdim olunan əşyalar həm şirli, həm də şirsiz olmaqla, əsasən cızma və qabartma texnikası ilə bəzədilib.
Yeni nəşr həm elmi tədqiqatçılar, həm də sənət və etnoqrafiya sahəsinə maraq göstərən oxucular üçün əhəmiyyətli mənbədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















