Icma.az
close
up
RU
Milli dəmir yolunun tarixdən keçən yolu

Milli dəmir yolunun tarixdən keçən yolu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakının mərkəzində, Metropolitenin “28 May” stansiyasının yaxınlığında yerləşən Azərbaycan Dəmiryol Muzeyi ziyarətçilərə ölkəmizdə dəmir yolu nəqliyyatının yarandığı vaxtdan bu günə qədər olan tarixi ilə tanış olmaq imkanı yaradır. Burada qorunub-saxlanılan hər biri tarixi əhəmiyyət daşıyan eksponatlar ölkəmizdə polad yolların inkişaf tarixini əks etdirir.

Muzeyin meneceri Nərmin Amanova bildirdi ki, Bakıda dəmir yolunun çəkilməsi neft və onun sənaye emalı ilə bağlıdır: “1871-ci ildə ilk qazma quyusunun meydana gəlməsi və neftin qazma üsulu ilə çıxarılması onun hasilatını artırdı. Həmin dövrdə Sabunçu, Suraxanı və Balaxanıdan neftin Bakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə Rusiyanın mərkəzi rayonlarına daşınması taxta çənlərdə və tuluqlarda həyata keçirilirdi. Bu, neftin maya dəyərini artırırdı. Bu səbəbdən də, neftxudalar daha çox gəlir götürmək üçün dəmir yolu xətlərinin və boru kəmərlərinin çəkilməsində maraqlı idilər. Çar  Aleksandrın iştirakı ilə Nazirlər Komitəsinin 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikinti layihəsi təsdiq olundu. “Neft sahəsi” adını alan bu xətlərin inşası 1879-cu ilin sonunda başa çatdırıldı. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı və Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edildi. Rəsmi açılış isə 20 yanvar 1880-ci ildə baş tutdu.

Beləliklə, dünyada ilk dəfə neftin vaqon–sisternlərlə daşınmasına başlandı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi”.

Amanovanın sözlərinə görə, 1872-ci ildə açılmış Poti–Tiflis dəmir yolu iqtisadiyyatın, sənayenin, ticarətin inkişafında yeni mərhələ oldu. Lakin Bakı üçün bu dövr 11 il sonra, Qara və Xəzər dənizlərinin sahillərini birləşdirən Zaqafqaziya dəmir yolunun Bakı hissəsinin açılışı ilə gəldi: “Dəmir yolu xətlərinin istismara verilməsi yeni bina, anbar və s. tikililərin inşasını gündəmə gətirdi. Onların arasında dəmir yolu stansiyaları önəmli yer tuturdu. 1880-ci il mayın 14-də Bakı Şəhər Duması şəhərdə sərnişin stansiyasının (Tiflis stansiyası) tikintisi haqqında qərar qəbul etdi. 1884-cü ildə açılışı olan vağzal sürətlə inkişaf edən Bakıya xidmət göstərmək üçün müasir dəmir yolu mərkəzi rolunu oynadı.

Bina Rusiya imperiyasının ən gözəl vağzallarından biri hesab olunurdu. Tikili şəhər tərəfdən ikimərtəbəli, platformadan isə birmərtəbəli quruluşa malikdir. Birinci mərtəbədə kassalar, baqaj bölməsi, ofislər ikincidə – poçt, teleqraf, gözləmə otaqları və s. yerləşirdi. Divarlar şərq xalçasını xatırladan naxışlarla bəzədilmişdir. Fransız yazıçısı ül Vern “Klodius Bombarnak” əsərində vağzal haqqında belə yazırdı: “ Bu görkəmli dəmiryol vağzalı, Amerika və ya Avropanın istənilən böyük şəhərinə layiqdir”.

Həmin dövrlərdə Bakıda istehsal olunan malların Rusiyaya çıxarılması üçün qısa yola ehtiyac böyük idi. 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk (Mahaçqala) dəmir yolu tikildi və Rusiya imperiyasının dəmiryol şəbəkəsinə birləşdirildi.

N.Amanova vurğuladı ki, Sovet İttifaqında ilk elektrik qatarı Bakıda hərəkət edib: “Hələ 1901-ci ildə Bakı yaxınlığındakı Bibiheybət kəndində elektrik stansiyası inşa edilmişdi. Məhz bu stansiyanın modernləşdirilməsindən sonra 1924-cü ildə onun resurslarının dəmir yollarının elektrikləşdirilməsinə yönəldilməsi barədə qərar verildi. Bu, təkcə Azərbaycan üçün unikal layihə deyildi. Belə ki, bu vaxtadək SSRİ-də ümumiyyətlə elektrik qatarı yox idi”. 1926-cı il iyulun 6-da Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Elektrik qatarlarını qəbul etmək üçün isə xüsusi vağzal binası tələb olunurdu. Belə bina 1926-cı ildə inşa olundu və “Bakının Sabunçu vağzalı” adı ilə tanındı. Yeni vağzal binası “Tiflis vağzalı” binasından bir qədər aralı tikildi. O, düzbucaq altında birləşdirilmiş iki korpusdan ibarət idi. Binanın üz tərəfi şəhərə, arxa tərəfi dəmir yollarına baxırdı. Bina Azərbaycan milli memarlığı ənənələrinə uyğun inşa olunmuşdu, zahirən Şirvanşahlar sarayını xatırladırdı. Geniş foye, o dövr üçün müasir olan bilet satışı məntəqələri növbələri aradan qaldırmış, bilet satışı zamanı vaxt itkisinin qarşısı alınmışdı. Hazırda bu barədə məlumatlar muzeydə nümayiş olunur.

Muzeyin meneceri burada olan və o dövrdə istifadə edilən avadanlıqlar barədə də məlumat verdi. Bildirdi ki, onlardan biri yağdandır: “Yağdan parovoz və vaqon təkərlərinin buks qurğusunun sürtünən səthini yağlamaq üçün istifadə edilib. Lokomotiv briqadaları və vaqon baxıcıları qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq lokomotiv və vaqonların təkər–buks avadanlığı kimi sürtünən hissələrini yoxlayırdılar. Çünki təkər–buks avadanlığının qızması üzərində çatların əmələ gəlməsinə və nəticədə konstruksiyanın dağılmasına səbəb ola bilərdi. Belə halların qarşısını almaq üçün bu mexanizmlər və digər sürtünən hissələr vaxtında yağlanmalı idi. Bunun üçün yağdandan istifadə edilirdi. Bu əhəmiyyətli ləvazimatın sayəsində qatarların uzun yollar qət etməsi mümkün olurdu. Yağdanlar XX əsrin 60-cı illərinə – parovozlar və köhnə tipli vaqonların istismar olunduğu dövrün sonuna qədər istifadə edilib.

Dəmir yolunda uzun illər siqnal fənərindən də istifadə olunub. Ağ neftlə (kerosin) işləyən fənər əl siqnal vasitəsi kimi istifadə edilirdi. Adətən, iki rəngli – ağ və qırmızı linzaları olurdu. Bu fənərlərin köməyi ilə yoldəyişənlər, yaxud qatar tərtib çiləri maşinistlərə müxtəlif siqnallar verərək qatarların təhlükəsiz hərəkətini təmin edirdilər. Cəmi iki rəng işıq ötürməsinə baxmayaraq, siqnalı vermə metoduna görə çox sayda məlumat çatdırmaq olurdu”.

Onun sözlərinə görə, dəmiryol zənginin də maraqlı tarixi var: “Dəmiryol stansiyasının vağzal binasında və yaxud perronunda quraşdırılan zənglər sərnişinləri qatarların gəlişi və ya yola düşməsi barədə məlumatlandırırdı. Hər bir zəng səsinin izahı vardı: bir zəng vurması xəbərdarlıq idi – sərnişinlər və yola düşənlər hazırlaşsın iki zəng vurması –vaqonlarda yerləri tutmaq üç zəng vurması – qatarın yola düşməsi demək idi. Xəbəredici vasitə kimi sərnişin stansiyalarında və peronlarda qurulurdu. Sərnişinlər üçün qatarın yola düşməsi haqda bu zəng vasitəsilə xəbər verilirdi, eyni zamanda həyəcan siqnalı da zəng vasitəsəilə verilirdi. Stansiya zəngləri ilə fövqəladə hal baş verdikdə həyəcan siqnalı çalınırdı”.

N.Amanova elektrojezl (elek- troəsa) aparatı barədə də məlumat verdi: “Elektromexaniki siqnalizasiya sistemidir, dəmir yollarında müasir işıqfor və avtobloklama sistemi olmadığı dövrdə istifadə edilirdi. ezl (əsa) vasitəsilə qatarın yola düşməsinə icazə verilirdi. Belə aparatlardan işıqforlar və avtobloklama sistemi olmadığı dövrdə, 1880-ci illərdən başlayaraq hərəkətin təhlükəsizliyini təmin etmək üçün istifadə olunurdu. Elektrojezl sistemi vasitəsilə hər bir qatarın məntəqəyə çıxışı təmin edilirdi. Qatar növbəti stansiyaya çatdıqda maşinist bu aparatda gördüyünüz jezli stansiya növbətçisinə təhvil verirdi. Stansiya növbətçisi jezli bu aparata quraşdırırdı. Aparatda yaşıl işıq yanaraq yolun boş olduğunu bildirirdi.

Bundan sonra stansiya növbətçisi növbəti jezli çıxarıb başqa maşinistə verməklə qatarı məntəqəyə yola salırdı. Bir çox xarici ölkələrdə indiyədək elektrojezl sistemi istifadə edilir. Bu gördüyünüz isə qatar radiorabitə aparatıdır. Onun vasitəsilə stansiya növbətçiləri və dispetçerlər lokomotiv maşinisti ilə əlaqə saxlayırdılar.” Menecer muzeyin açılması ilə bağlı da məlumat verdi: “Sərnişin daşımalarının həcmi artdıqdan sonra Sabunçu vağzalı bunun öhdəsindən gələ bilmədi. 1977-ci ildən “Sabunçu” vağzalı fəaliyyətini dayandırdı. Bu binada 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Dəmiryol Muzeyinin açılışı baş tutdu. Dövlət başçımız Dəmir Yolu Muzeyinə simvolik maket hədiyyə etdi. Həmin rəmzi maket muzeyin ekspozisiyasında nümayiş olunur. Muzeydə 2 eksponat zalı, kino zalı, “Zaman qatarı” adlı simulyator zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir.

Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, qatar modelləri nümayiş olunur. Həmçinin ulu öndər Heydər Əliyevin ölkəmizdə dəmir yollarının inkişafında göstərdiyi misilsiz xidmətlərin əks olunduğu fotoguşə yaradılıb”. Beləliklə, muzeydə olan digər maket və eksponatlarla bağlı geniş məlumat aldıq. Sonda muzey əməkdaşına təşəkkür edib oradan ayrıldıq.

Pünhan ƏFƏNDİYEV,

Elşən AĞALAR (foto)

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri