“Milli Gazete”: Ermənistan və Yunanıstan Türkiyəyə qarşı düşmənçilik kursunu davam etdirir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 8 dekabr, AZƏRTAC
Türkiyə rəsmilərinin qonşu ölkələrlə əməkdaşlığa və sülhə hazır olduqları ilə bağlı çoxsaylı bəyanatlarının əksinə, İrəvan və Afina rəsmi Ankara əleyhinə planlar qururlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Milli Gazete” nəşri Yunanıstan və Ermənistanın müdafiə nazirləri arasında Vaşinqtonda keçirilən görüşü şərh edərkən yazır.
Qəzet xatırladır ki, Ankara hər fürsətdə Afinaya “zeytun budağı”nı uzadır, Yunanıstan hakimiyyəti isə Egey və Aralıq dənizlərindəki adalara silahlar, eləcə də Kiprin cənubuna hava hücumundan müdafiə sistemləri yerləşdirərək, bölgədə düşmənçilik kursunu davam etdirir.
“Ermənistan da boş oturmur. Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a səfəri çərçivəsində Pentaqondan sonra Yunanıstan səfirliyində olub və burada Yunanıstanın milli müdafiə naziri Nikos Dendias ilə görüşüb”, - deyə nəşr qeyd edib. Qəzet belə bir sualı verib?: “Bu ölkələr Türkiyəyə qarşı müharibə planları hazırlayır?”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 08 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















