Milli Məclisdə 2026 cı il büdcəsi müzakirəsi: Müdafiə, sosial və ərzaq təhlükəsizliyi əsas risklər kimi göstərildi
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı hökumətin sənəd üzərində gərgin iş apardığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, millət vəkili Fazil Mustafa çıxışında qeyd edib ki, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi büdcənin daha aydın anlaşılması üçün əlavə icmallar və vizual materiallar təqdim edib. Bundan başqa, Hesablama Palatasının geniş və xülasə formatda təqdim etdiyi rəy də millət vəkillərinin sənədi araşdırmasını asanlaşdırıb. Deputat bu addımları təqdir etdiyini vurğulayıb.
Çıxışda qeyd olunub ki, büdcə sənədi yalnız onu təqdim edən hökumətin deyil, həm də onu təsdiqləyən parlamentin məsuliyyəti daşıyır.
"Bu baxımdan əsas prioritet ölkənin qarşısında duran risklərin düzgün müəyyənləşdirilməsi və onların optimal həll yollarının tapılmasıdır. Birinci və ən ciddi risk müdafiə və təhlükəsizlik məsələləridir".
Fazil Mustafa büdcənin “ilk növbədə təhlükəsizlik büdcəsi” olduğunu bildirib. Müdafiə və təhlükəsizliyə 8,7 milyard manat vəsaitin ayrılması regional vəziyyət və mümkün qarşıdurma riskləri ilə əlaqələndirilib.
İkinci böyük risk kimi sosial problemlər göstərilib. Bildirilib ki, büdcənin 41%-i sosial xərclərdir və bu məqsədlə 17 milyard manat ayrılır. Lakin deputat diqqətə çatdırıb ki, əməkhaqqı 2500 manatdan yuxarı olan əhali cəmi 5,5%-i təşkil edir, 1,5 milyon nəfər isə bu məbləğdən aşağı maaş alır. Bu səbəbdən sosial xərclərin daha dəqiq hədəflənməsinin vacibliyi qeyd olunub.
Üçüncü risk kimi ərzaq təhlükəsizliyi və qiymət artımı vurğulanıb. Çıxışda bildirilib ki, əhalinin 36%-i kənd təsərrüfatında çalışsa da, sahənin ÜDM-də payı cəmi 6%-dir. Bu göstərici Avropa ölkələri ilə müqayisədə çox aşağıdır və kənd təsərrüfatında məşğulluq sürətlə azalır. Deputatın fikrincə, iqtisadiyyatda gəlir gətirən sahələrdən, xüsusilə sahibkarlıq potensialından daha səmərəli istifadə edilməlidir.
Turizmin qeyri-neft sektorunda inkişaf üçün mühüm sahə olduğu bildirilərək, bu istiqamətə daha çox investisiya ayrılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, beynəlxalq münaqişələr və bağlı yollar turizmin gəlirlərinə ciddi təsir göstərir.
Afət Ziyadqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















