Icma.az
close
up
RU
Milli Məclisin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə görüşüb AZƏRTAC

Milli Məclisin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə görüşüb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri Nizami Gəncəvi Mərkəzinin zəngin təcrübə və biliklərə malik görkəmli şəxsləri bir araya gətirən uğurlu işini və Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiyməti vurğulayıb. O, Mərkəzin qlobal məsələlərin müzakirəsi və problemlərin həlli üçün mühüm platforma olduğunu, indiyədək keçirilmiş Qlobal Bakı Forumlarının əhəmiyyətini və iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini xüsusi qeyd edib.

Azərbaycanın ötən ilin dekabrında yekdilliklə COP29-un ev sahibi kimi seçildiyini vurğulayan S.Qafarova bunun ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki səylərinin tanınması və dünya ictimaiyyətinin Azərbaycanın icmaları və ölkələri birləşdirən körpü qurma qabiliyyətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Cəmi 11 ay hazırlıq müddəti olmasına baxmayaraq, COP29 Azərbaycan sədrliyinin bütün maraqlı tərəfləri cəlb etmək və onların ehtiyaclarını dəyərləndirmək istiqamətində böyük işlər gördüyü bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlar və dezinformasiya kampaniyaları ilə üzləşib, lakin bütün bu maneələrə baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə işini davam etdirir.

S.Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü barədə qonaqları məlumatlandırıb. Bildirilib ki, Parlament Görüşündə 90-dan çox nümayəndə heyəti bir araya gələrək, iki gün ərzində iqlim maliyyəsi, təsirlərin azaldılması, adaptasiya, şəffaflıq və milli töhfələr kimi vacib məsələləri müzakirə edib. Nəticədə iqlim fəaliyyətlərinə parlament töhfəsi olaraq, parlamentlərimizin ümumi mövqeyini əks etdirən yekun sənəd qəbul edilib.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

Söhbət zamanı S.Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən bəhs edərək, ölkəmizin Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. O, eyni zamanda, Fransanın müharibədən sonra Ermənistanı silahlandıraraq bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər etdiyini bildirib və ikili standartlara diqqət çəkib.

Qonaqlara, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və yaşıl enerjiyə keçid çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icrası barədə məlumat verilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa, İsmail Serageldin, üzvləri Rosen Plevneliev, Jean Baderşnayder və Denis Fransis çıxış edərək, ölkəmizi COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə təbrik ediblər. Ekoloji problemlərin həllinə həsr olunmuş bu tədbirin mühüm qlobal əhəmiyyətindən danışan çıxışçılar, Azərbaycanın dünyada artan nüfuzunu məmnunluqla qeyd edib, ölkəmizin ekoloji sahədəki fəallığını və dünya miqyasında yaşıl inkişafın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub. Həmçinin Azərbaycanın kiçik ada dövlətlərinə verdiyi dəstəkdən söz açılıb. Bildirilib ki, Azərbaycan kiçik ada dövlətlərinə təbii fəlakətlərin təsirini azaltmaq üçün yardımlar göstərir və bu dövlətlərin ekoloji problemlərinin həlli, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizədə fəal iştirak edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri