Icma.az
close
up
RU
Milli Olimpiya Komitəsinin növbəti 4 il üçün əsas planları açıqlanıb

Milli Olimpiya Komitəsinin növbəti 4 il üçün əsas planları açıqlanıb

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İcraiyyə Komitəsinin iclasında 4 illik hesabat dinlənildi və bəyənildi”.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə ilk iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, iclasda MOK-un növbəti 4 il müddətinə planları müəyyənləşdirilib: “Təbii ki, əsas hədəfimiz Olimpiya oyunları, Azərbaycanda Olimpiya hərəkatının inkişaf etdirilməsidir. Ona görə də əsas vəzifəmiz 2028-ci ildə keçiriləcək Los-Anceles olimpiadasına hazırlıqdan ibarətdir. İnanırıq ki, bu oyunlar bizim üçün daha uğurlu olacaq. Çalışacağıq ki, böyük komanda şəklində dördilliyin ən mötəbər turnirində iştirak edək. Təbii ki, bu, federasiyalarla birgə fəaliyyət nəticəsində reallaşa bilər. Ümid edirəm ki, MOK və milli federasiyalar sıx işləyəcəklər, Azərbaycan idmanında yeni uğurların əldə edilməsinə nail olacaqlar. İnanıram ki, bundan sonra da Milli Olimpiya Komitəsi fəaliyyətini yaxşı şəkildə davam etdirəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında idmanda yeni uğurlar qazanacağıq”.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisində Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər. Çingiz Hüseynzadə, cüdo üzrə Olimpiya çempionu E.Məmmədli və keçmiş voleybolçu A.Həsənova İK-in yeni üzvləridir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri