“Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunur
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında növbəti videoçarx təqdim olundu. Vətən üçün canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Onların mübarizəsi, Vətən sevgisi gənclərimiz üçün örnəkdir. Növbəti beşinci videoçarxda şəhidlərimiz haqqında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri verilmişdir. Videoçarxda Milli Qəhrəmanlar Əjdər Babayevin, Əli Məmmədovun, Sərdar Səfərovun, Əsəd Əhmədovun, Hidayət Rüstəmovun, Fərhad Ağayevin, Arif Qədiməliyevin, Elnur Nuriyevin igidliyi və şərəfli döyüş yolu, onların təltifləri və xatirələrinin əbədiləşdirilməsi haqqında məlumatlar verilir. Videoçarxdakı Milli Qəhrəmanlardan dörd nəfər Birinci Qarabağ müharibəsində, bir nəfər Gəncə şəhərindəki qiyam yatırılan zaman (1994), üç nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərmişdilər. Videoçarx kitabxananın
YouTube kanalında nümayiş olunur: https://www.youtube.com/watch?v=NxynbTzhF4c
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















