Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Milli radionun təşəkkülü və inkişaf mərhələləri

Milli radionun təşəkkülü və inkişaf mərhələləri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli mətbuatı – 150

(əvvəli 19 fevral 2025-ci il tarixli sayımızda)

Studiya böyük bir otaq idi. Döşəməsinə türkmən xalıları salınmış, divarları isə hər tərəfdən tünd yaşıl məxmərlə örtülmüşdü. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon qoyulmuşdu. Studiyanın orta hissəsində sol tərəfdə “Stenvay” royalı dururdu. Divarlar boyu stullar düzülmüşdü.

Girişdən soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdı. Burada B-4 tipli bir radioqəbuledici aparat da var idi ki, bunun vasitəsilə müdir radio verilişlərinin keyfiyyətini yoxlayırdı.

İsmayıl Əlibəyovun “Azərbaycan efiri” kitabından götürülmüş xatirədə daha sonra bildirilir: “Mən həmin gün müdirlə görüşüb burada işləmək üçün gəldiyimi bildirdim. Çox həyəcan keçirirdim. Çünki o zaman bu, qeyri-adi, yeni bir iş idi. Hündürboylu, cüssəli bir adam olan müdiri mən 1921-ci ildə Azərbaycan komsomolunun qurultayında görmüşdüm. Familiyası Verle idi. O mənə “Səsinizi mikrofonda yoxlayarıq. Əgər veriliş keyfiyyətli çıxsa, qalıb işləyə bilərsiniz”, – dedi.

Mikrofon qarşısında tələsib çaşmamaq, sakit və adi bir tərzdə danışmaq haqqında məsləhətlər verdi. Sonra məni studiyaya aparıb mikrofon qarşısında oturtdu. Mizin lampasını yandırıb studiyadan çıxdı. Bu dəmdə mən özümü əfsanəvi bir aləmdə hiss edirdim. Nəhayət, iradəmi toplayıb oxumağa başladım. Təxminən 25 dəqiqədən sonra studiyanın qapısı açıldı. Müdir məni diktor vəzifəsinə qəbul etdiyini bildirdi. O gündən – iyun ayından etibarən mən hər gün axşam saat 19.00-dan 23.30-a qədər bu vəzifədə çalışmağa başladım”.

Radio verilişləri Azərbaycan və rus dillərində aparılırdı. Bundan əlavə, erməni dilində “Kommunist” radio qəzetəsi verilirdi. Rusca verilişləri çox zaman Verle özü aparırdı. Qotlib və mən ona kömək edirdik. Bir neçə aydan sonra, yəni 1927-ci ilin payızında mən baş diktor vəzifəsinə təyin olundum.

Bədii və musiqi verilişləri o zaman müəyyən bir sistem üzrə qurulmuş proqramla deyil, icraçıların hazırladıqları repertuar əsasında müdirin özü tərəfindən tərtib edilən gündəlik proqramla gedirdi. Sonra radioda Şərq musiqisi rəhbəri kimi Zülfüqar Hacıbəyli, Qərb musiqisi rəhbəri kimi professor Qrossman kollektivimizə daxil oldular. Hərçənd kollektivimiz o zaman kiçik idi, lakin hazırladığımız verilişlər keyfiyyətcə məzmunlu, maraqlı idi.

Burada o zamanın məşhur incəsənət xadimləri: Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Qurban Pirimov, Lazar Çernomırdıkov, Saşa Ohanezaşvili, Cahan Talışinskaya, professor Bretanitski, professor Speranski, Vladimir Kozlov, habelə Vyana dirijoru Strassenin rəhbərliyi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.

Ədəbi, ictimai və siyasi mövzularda verilişlərimiz, o cümlədən radio qəzeti, son xəbərlər, gündəlik meteoroloji məlumatlar müvəffəqiyyətlə aparılırdı. Bu materiallar lazımi diqqət və səliqə ilə möhtərəm əməkdaşımız Qubad Qasımovun rəhbərliyi altında xüsusi bir qrup tərəfindən hazırlanırdı.

1928-ci ildə kollektivə Azərbaycan diktoru kimi Raya İmanzadə, daha sonra Ənvər Həsənov daxil oldular. Beləliklə, Azərbaycan radiosunda diktor qrupu bir qədər genişləndi. 1927-ci ilin fevral və mart aylarında Zülfüqar Hacıbəyli radionun Şərq musiqisi, opera teatrının dirijori Qrossman Qərb musiqisi üzrə yenidən rəhbər təyin olundular. Üzeyir bəyin böyük qardaşı Zülfüqar bəy musiqinin səslənmə prinsipində, proqram tərtibində müəyyən nizam-qayda yaradılmasına nail oldu.

İlk diktor İsmayıl Əbilov isə baş redaktor təyin edildi və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə radioya sıravi diktor götürüldü. Qısa müddətdə işləsələr də, gələcəyin Xalq şairi Mirvarid Dibazi, həkim təhsili alan Səməd Səmədov, yazıçı Hüseyn Natiq, aktyorlar Hüseyn Qafarlı, Ənvər Həsənov, Əməkdar artist Leyla Terequlova, iqtisadçı Rafiq Əliyev də diktor mikrafonu qarşısında fəaliyyət göstəriblər.

Proletar yazıçısı Maksim Qorki 1928-ci ildə Bakıya gəlmişdi. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidumu yerləşən binanın böyük salonunda onunla Azərbaycan yazıçılarının, şairlərinin, ziyalılarının görüşü keçirilirdi. Görüş radio ilə səslənirdi və orada milli ədiblərimizin də çıxışlarına dinləyicilər maraqla qulaq asırdılar. Həmin binanın Sabir bağına baxan hissəsində ikinci mərtəbə yüksəkliyində iri repreduktor quraşdırılmışdı və efir saatında onun ətrafına yüzlərlə dinləyici toplanırdı.

Ədəbi verilişlər redaksiyasına rəhbərlik edən Məmməd Səid Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram dəstəsi yaradıldı. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü oldular. Dəstəyə Leyla Terequlova rejissorluq edirdi və qrupun üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurdular.

Milli Dram Teatrının aparıcı sənətkarlarından olan, Xalq artisti Mustafa Mərdanov həm aktyorluq və rejissorluq edir, həm də truppanın üzvlərinə səhnə dərsləri keçirdi. Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı kiçik həcmli vodevillər, yumoristik və satirik səhnəciklər də yazırdı. Radio əməkdaşlarının ehtiram və məhəbbətlə “Mirzə” deyə müraciət etdiyi istedadlı ədib dəvət olunmuş səhnə ustalarının və həvəskar aktyorların, diktorların ifa edəcəkləri rolları qabaqcadan özü müəyyənləşdirirdi.

Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi. Ordubadinin “Aprel gəlini”, “Istiqraz”, “Çobanlar”, “6 nömrəli otaq”, Soltan Nəcəfovun “Təchizat parazitləri”, “Rot-front”, “Orucunuz qəbul!” və “Din tacirləri” kimi səhnəciklərinə efir həyatı verilirdi. 1921-ci ildən Bakıda fəaliyyət göstərən Azad Tənqid və Təbliğ Teatrı (sonralar Türk İşi Teatrı adlandı) üçün yumoreskalar, satirik lövhələr tarzən Qurban Pirimovun müşaiyəti ilə efirə verilirdi. Süleyman Sani Axundov, Əliağa Vahid də radionun dram dərnəyi ilə əməkdaşlıq edirdilər.

Məmməd Səid Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlər haqqında məlumatların tez-tez səslənilməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi.

(ardı var)

İlham RƏHİMLİ,
sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:371
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri