Icma.az
close
up
RU
Milli radionun təşəkkülü və inkişaf mərhələləri

Milli radionun təşəkkülü və inkişaf mərhələləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan milli mətbuatı – 150

I MƏQALƏ

Azərbaycanda radio verilişləri rəsmi şəkildə 1926-cı il noyabr ayının 6-da başlayıb və bu tarix milli radiomuzun təşəkkül günü sayılır. Lakin ölkəmizdə radio texnikasından ilk istifadə 1918-ci ilin yayında Gəncə şəhərində olub.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də Tiflisdə elan ediləndən az sonra milli hökumət Gəncəyə köçüb. Həmin dövrdə Bakı daşnak, bolşevik, sentrokaspi quldurlarının və ingilis işğalçılarının əlində idi. 1918-ci il sentyabr ayının 15-də Türk islam ordusunun köməkliyi ilə Bakı düşmənlərdən azad edildi. Bununla AXC rəhbərliyi Bakıya köçürüldü. Cümhuriyyətin qurucuları AXC elan ediləndən sonra Gəncədə radiostansiya yaradıblar. Bu radiostansiya rabitə məqsədilə işləyirdi və milli dövlətimizin çətin siyasi proseslərini istiqamətləndirmək üçün çox səmərəli texniki vasitə idi.

Milli dövlətimizin qurucu liderləri kövrək addımlarını atan AXC-nin qabaqcıl Avropa ölkələri ilə ciddi siyasi, iqtisadi, mədəni, müxtəlif kommunikasıyalarla bağlı əlaqələr yaratmağa can atırdılar. Xüsusilə özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdəki nüfuzuna görə öndə olan Fransa hökuməti ilə əlaqələr qurmağa inamla və fədakarlıqla cəhd göstərirdilər. Nəhayət, ciddi cəhdlərdən sonra 1919-cu ilin payızında (oktyabr ayının ortalarında) Fransa hərbi missiyasının nümayəndələri müstəqil Azərbaycana gəldilər. Onlarla birlikdə Fransa Respublikasının sənaye və ticarət nazirliklərinin nümayəndələri də Bakıya təşrif buyurmuşdular.

Qonaqların arasında teleofon və teleqraf kompaniyasının məsul rəhbərləri də var idi. Fransalı peşəkarlar Azərbaycan Respublikasını Avropa radiostansiyasına qoşmaq üçün fəaliyyətə başladılar. Həmin dövrdə Avropa radiostansiyası Parisin mərkəzində ucalan, hündürlüyü 300 metr olan əzəmətli Eyfel qülləsində qurulmuşdu. Mühəndis və memarları Qustav Eyfel, Stefan Sovestr, Emil Nuqye, Moris Köxlendir idi.

1919-cu ildə AXC-nin rəsmi nümayəndələri, başda Əlimərdan bəy Topçubaşov olmaqla, Parisdə işgüzar səfərdə idilər. Fransız firması və mütəxəssisləri onlarla rəsmi danışıqlardan sonra Bakıya ilk mərhələ üçün vacib olan avadanlıq göndərmişdilər, quraşdırma işlərini də fransızlar özləri görürdülər. Həmin ilin noyabr ayında Topçubaşov Eyfel qülləsindəki radiostansiyadan AXC hökumətinin rəhbəri Fətəli xan Xoyskiyə Gəncədəki radiostansiyaya birbaşa xətlə teleqram göndərmişdi. O, teleqramda həm hökuməti, həm də bütün Azərbaycan xalqını radiostansiyanın fəaliyyətə başlaması münasibətliə təbrik edir, xoş arzularını bildirirdi.

1919-cu ildə Topçubaşov Ümumdünya Poçt İttifaqına üzv olmaq üçün cəhd göstərdi. O, iqamətgahı İsveçrənin Bern şəhərində yerləşən Beynəlxaq Büroya diləkcə məktubu vasitəsilə müraciət etmişdi. Təəssüflər olsun ki, Qafqazda, bütün Rusiyada, eləcə də Azərbaycana havadarlıq etmək istəyən Türkiyədə yaranan mürəkkəb hərbi-siyasi gərginlik şəraitində bolşeviklərin qırmızı ordusunun Azərbaycanı ilhaq etməsi fəaliyyət prosesini dayandırdı və 28 aprel 1920-ci ildə AXC süquta uğradı.

Siyasi hakimiyyət dəyişdiyi üçün radio sistemini qurmaq sahəsində başlanmış və görülən uğurlu işlər dayandırıldı. 3 ildən sonra, 1923-cü ilin noyabr ayında SSRİ Xalq Komissarları Soveti “Xüsusi təyinatlı radiostansiyalar” haqqında qərar qəbul etdi. Azərbaycanda da bu istiqamətdə geniş tədbirlər planı hazırlanıb işlər görülməyə başlanıldı. Bu məqsədlə Bakıda AHİŞ-in nəzdində Radio bürosu yaradıldı və bu qurum ölkə ziyalılarının köməkliyi ilə kiçik sınaq verilişləri hazırlamaqla, müəyyən mənada milli radionun ilk kərpiclərini qoydular.

1924-cü il noyabr ayının 22-də Bakıda Radionun Dostları Cəmiyyəti yaradıldı. Bununla da Azərbaycanda radio yayımını təşkil etmək istiqamətində fəal işlər görülməyə başlandı. Bu işin icrası Azərbaycan Həmkarlar İttifaqı Şurasına həvalə edildi. Radio həvəskarları işini planlaşdırmaq, radio həvəskarları dərnəklərini yaratmaq, onların fəaliyyətlərini əlaqələndirmək üçün Radio bürosu ciddi işlər görürdüı.

Dövrün tələblərinə cavab verən radiostansiya qurulmasını həyata keçirmək üçün vaxtilə Gəncədə qurulmuş radiostansiya texnikasına müraciət olundu. Həmin texniki qurğu AXC-nin hərbi naziri olmuş, general Səməd bəy Mehmandarovun sayəsində Bakıya gətirilmişdi və onu özü hər cür şər qüvvələrin xəyanətindən qoruyub saxlamışdı. Xəzər Hərbi Dəniz Donanmasının Bayılda qurduğu kiçik radiostansiya ilə müəyyən vaxtlarda Moskva radiosunun verilişlərini dinləmək imkanı yaratdı.

Xalq Komissarları Sovetinin 1925-ci il aprelini 22-də keçirilən iclasında Bakıda Respublika ərazisinə xidmət göstərmək məqsədi ilə radio verilişləri stansiyası tikmək qərara alındı. Onun yayım dairəsi 600 kilometri əhatə etməli idi. Bu stansiya vasitəsi ilə bütün Respublikanı əhatə etmək qarşıya məqsəd qoyulmuşdu. Görüləcək işlərə nəzarət üçün xüsusi komissiya yaradılmışdı.

Dekabrın 16-da Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə iclasında Azərbaycanda radio verilişləri istiqamətində görülən işlərin vəziyyəti geniş və ciddi şəkildə müzakirə olundu. Bununla da konkret əməli tədbirlər görülməsinə rəvac verildi. Yeni tikilən stansiyanın tam istifadəyə verilməsi ərəfəsində bir neçə sınaq verilişi səsləndi. Komissiya səslənməni qənaətbəxş qiymətləndirdi.

Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da “Danışır Bakı” sözləri ilə bugünkü İstiqlaliyyət küçəsi, 10 ünvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının binasından (milyonçu Ağa Musa Nağıyevin tikdirdiyi “İsmailiyyə” binası) ilk dəfə efirə çıxdı. İlk günlər Bakı studiyası öz verilişlərini 1 saat ərzində yayımlayırdı. Bir neçə aydan sonra efir yayımı 3 saata çatdırıldı. Paytaxtın əhalisinin gur olduğu bir neçə məkanda radio reproduktorları quraşdırılmışdı. Onlardan biri də Bakı Sovetinin binası ilə üzbəüz tikilinin divarından asılmışdı.

Qısa müddətdə Bakı əhalisi verilişlərin səslənmə saatlarını bildikləri üçün kütləvi şəkildə radio reproduktorlarının qarşısına toplaşırdılar. Bakı Sovetinin qarşısında camaatın gurluğu daha çox hiss olunurdu. Xüsusilə canlı konsertlərin verildiyi günorta saatlarında, nahar fasiləsi vaxtı dinləyicilərin sayı qat-qat artırdı. Bu dinləmələr həmişə bayram ovqatında olurdu və sakitliyə yüksək dərəcədə əməl edilirdi.

Proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü. Studiyada rəsmi partiya qəzetlərinin baş məqalələri Azərbaycan türkcəsində və rus dilində diktorlar tərəfindən oxunurdu. Siyasi, ictimai xəbərlər səslənir, xanəndələr oxuyur, şairlər siyasi həyatı, yeni quruluşu vəsf edən, həmçinin təbiət, vətən mövzularında öz şeirlərini oxuyurdular.

Ədəbiyyat və incəsənət yenilikləri də radioda öz əksini tapırdı. Xalqımızın ədəbi dilinin qorunması, inkişaf etdirilməsi, təhsil probleminin diqqətdə saxlanması radionun ali məqsədlərindən biri idi. Həftədə bir dəfə, axşam saat 9-da ölkəmizin şair və nasirləri mikrafon qarşısında xalqa müraciət edir, şeirlər oxuyur, müəyyən siyasi-ədəbi hadisələrə qısaca fikir bildirirdilər. Dinləyicilər bu verilişə böyük maraq göstərir, hətta küçələrdə quraşdırılmış səsgücləndiricilər qarşısında onların çıxışlarına alovlu alqışlarla özlərinin minnətdarlıq hisslərini bəyan edirdilər.

Bakı studiyasının ilk diktoru Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov olub. O özü vaxtilə yazdığı xatirələdində bunu belə qeyd edib: “Heç mənim yuxuma da girməzdi ki, doğulduğum Ağdaş rayonundan Bakıya gəlib Politexnik İnstitutunda oxuyanda radio ilə də əməkdaşlıq edəcəm. Amma Tanrının köməyi ilə mənə belə bir xoşbəxtlik nəsib oldu. Günlərin bir günü institut komsomol təşkilatının katibi Məmmədismayıl Axundov məni yanına çağırıb yeni radio idarəsi yaradıldığını və ora bir nəfər savadlı adam lazım olduğunu xəbər verdi. “Orada axşam işləyərsən, gündüz də oxuyarsan”, – dedi.

O gün çox düşündüm, çox götür-qoy etdim. Savadıma güvənirdim. Amma radio haqqında orta məktəbdə fizika dərslərində keçdiyimiz ibtidai məlumatdan başqa heç bir şey bilmirdim. Ona görə də bu idarədə işin öhdəsindən gələ biləcəyim barədə tərəddüd edirdim. Nəhayət, qəti qərara gəldim. Sabahı günü gedib bu idarəni tapdım. Bura Kommunist küçəsində, indiki Azərbaycan Elmlər Akademiyasının əsas binasının üçüncü mərtəbəsində, sol guşədə yerləşən üç otaqdan ibarət kiçik bir idarə idi”.

İsmayıl Əlibəyovun xatirələrindən məlum olur ki, birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Bu, şəhər translyasiya şəbəkəsinin mərkəzi məntəqəsi idi. Aparatları bir nəfər növbətçi texnik idarə edirdi. İkinci otaq studiyaya giriş otağı idi. Efirə çıxmaq üçün dəvət olunanlar studiyaya keçməzdən əvvəl öz növbələrini gözləyirdilər. Bundan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün bir pəncərə açılmışdı.

Pəncərənin qarşısında adi bir çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi. Bu aparatı bir nəfər texnik idarə edirdi. Onun adı İzrail Qotlib idi. Beləliklə, studiyanın mikrofon səsi bu aparatda təsvir edilir və nəqledici xəttin vasitəsilə indiki Respublika stadionunun yaxınlığındakı radio stansiyasına verilir və oradan da efirə yayılırdı.

(ardı var)

İlham RƏHİMLİ,
sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see207

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see176

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see164

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see140

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see131

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see129

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see120

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see117

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri