Icma.az
close
up
RU
Milli sərvətdən dayanıqlı inkişafa doğru

Milli sərvətdən dayanıqlı inkişafa doğru

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dövlət Neft Fondunun yaradılmasından 25 il keçir

“Dövlət Neft Fondunun yaradılması tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur”.

Prezident İlham Əliyev 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin (“Əsrin müqaviləsi”) imzalanması ölkəmizin iqtisadi-siyasi, sosial həyatında tarixi mərhələnin başlanğıcı oldu.

İmzalanmış neft-qaz müqavilələrinin fasiləsiz icrası yanacağın Qərbə ixracının başlanması ilə ölkəmizə böyük həcmdə gəlirlərin daxil olmasını, həmçinin dünya birliyində öz layiqli yerini tutmasını təmin etdi.

Neft gəlirlərinin daxil olmasından sonra növbəti addım ehtiyatların etibarlı və etimadlı bir ünvanda saxlanması ilə bağlı qərarın qəbul edilməsi idi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti vəzifəsində çalışan istedadlı cavan kadr - Cənab İlham Əliyevin xarici ölkələrin ən mütərəqqi suveren fondlarının təcrübəsini dərindən mənimsənilərək ölkəmizdə tətbiqi ideyası köməyə çatdı. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi və mükəmməl bir model ortaya qoyuldu. Ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi.

Fondun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi, bugünkü və gələcək nəsillərin daimi gəlir mənbəyinə çevrilməsi təşkil edir. ARDNF-nin fəaliyyəti ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəldilib.

- Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

- Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;

- Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.

Regional və beynəlxalq layihələrin maliyyə təminatçısı...

Dövlət Neft Fondunun vəsaitlərindən ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə bir sıra mühüm layihələrin maliyyələşdirilməsi də həyata keçirilib və hazırda ölkə əhəmiyyətli bəzi layihələrin maliyyələşdirilməsi davam edir. Belə ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində və “Azəri-Çıraq-Günəşli” üzrə Azərbaycanın iştirak paylarının, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi, Oğuz-Qəbələ su kəmərinin çəkilməsi, Samur-Abşeron kanalının çəklişinin maliyyə təminatı, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi, “STAR” neft emalı kompleksinin tikintisi, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının təmin edilməsi ARDNF-nin aktivləri hesabına gerçəkləşib. Həmçinin Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsində də Fondun vəsaitlərindən istifadə edilib.

Fondun ən mühüm sosial-ictimai funksiyası qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllində əsas maliyyə institutu olub.

Neft gəlirləri peşəkar rdunun güclənməsində və tarixi Zəfərdə də əsaslı rol oynadı. Neft Fondunun büdcəyə transfertlərinin əhəmiyyətli hissəsi torpaqlarımızın azad olunması üçün nümunəvi peşkar ordunun yaradılmasına sərf edildi. Həmçinin Fond Bakı şəhəri və respublikamızın müxtəlif rayonlarında keçmiş məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisini maliyyələşdirdi. Bu məqsədlər üçün 20 il ərzində, ümumilikdə 2,7 milyard manatdan çox vəsait ayrılıb. Həmin maliyyə təminatı sayəsində 76 qəsəbə, 347 bina, 40 mindən artıq ev və mənzil, 73 inzibati bina, 89 məktəb, 70 uşaq bağçası, 5 xəstəxana, 24 tibb məntəqəsi inşa edilərək istifadəyə verilib.

Mükəmməl İnvestisiya Siyasəti

Dövlət başçısının 2011-ci il 27 oktyabr tarixli müvafiq fərmanı ilə Neft Fondunun “Valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara” dəyişikliklər edilmiş və Fondun Yeni İnvestisiya Siyasəti qəbul edilib. Bu strateji kurs Fondun valyuta vəsaitlərinin bu qaydalara uyğun olaraq idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır. Həmçinin investisiya siyasəti ARDNF-nin investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi və bir sıra risk hədəflərini müəyyən edir. Bu siyasətə uyğun olaraq Fondun investisiya portfelinə yeni maliyyə alətləri - səhmlər, qızıl, daşınmaz əmlak daxil edilib.

Dövlət Neft Fondu qlobal iqtisadi mühitdə və investisiya bazarlarında baş verən proseslərə uyğun olaraq öz investisiya siyasətini daim təkmilləşdirir, risklərin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirir. Dövlət Neft Fondunun 2024-cü il üçüncü rübünə olan dövrdə investisiya portfelinin 67 faizini ABŞ dolları təşkil edib. İnvestisiya portfelinin 20,3 faizini avro, 5,1 faizini funt sterlinq, 2,6 faizini Çin yuanı, 1,4 faizini Yaponiya yeni, 3,6 faizini isə digər valyutalar təşkil edib.

Fondun ABŞ dolları portfelinin 10,8 milyard dollarlıq hissəsini (17,7 faiz) qızıl investisiyaları təşkil edib. Hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 61 190,8 milyon dollara bərabər olub.

Yüksək investisya reytinqi

Fondun investisiya reytinqi beynəlxalq kredit agentlikləri “Standard & Poor’s” tərəfindən verilmiş “A” və “Fitch” - “Moody’s” tərəfindən verilmiş ya “A2” kredit reytinqindən ibarətdir. 

Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirləri artıq 15 milyard dolları ötüb. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir. Hazırda aktivlərinin həcmi 61,7 milyard dollar təşkil edən Dövlət Neft Fondu Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm təşkilat kimi yeni çağırışlar əsasında maliyyə-investisiya uğurlarını davam etdirməkdədir.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri