Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?
Icma.az bildirir, Fanat portalına istinadən.
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna ilə yoldaşlıq oyunu zamanı baş verən hadisədən sonra vəziyyətə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, meydanda qəfildən huşunu itirən, nəticədə matçın 65-ci dəqiqəsində dayanan, tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilən futbolçu durumu ilə bağlı "Instagram" hesabında paylaşım edib:
"Hər kəsə bildirmək istəyirəm ki, yaxşıyam və ailəmin yanındayam. Kardioverter-defibrillyator (ICD) şoku mənə və ailəmə dərin təsir etdi. Amma hər kəsi əmin etmək istəyirəm ki, bu, 2021-ci ildə baş verənlərdən çox fərqli bir vəziyyət idi. Özümü yaxşı hiss edirəm və artıq sağalmağa başlayıram.
Meydandakı bütün oyunçuların və tibbi heyətin dəstəyinə görə minnətdar olmaqla yanaşı, illərdir mənə və ürəyimə qayğı göstərən həkimlərə sonsuz minnətdaram. Hazırda sağlamlığımı yaxşılaşdırmağa, ailəmlə vaxt keçirməyə, tətilə getməyə və uşaqlarla futbol oynamağa diqqət yetirirəm".
Qeyd etmək lazımdır ki, Eriksen AÇ-2020-də Finlandiya ilə oyun zamanı meydanda ürəkdayanması keçirmişdi. Nəticədə danimarkalı futbolçuya ürək ritmini izləyən və oxşar kritik vəziyyətlərin qarşısını almağa kömək edən kardioverter defibrilyatoru taxılmışdı.
Mirağa
Baxış sayı:197
Bu xəbər 09 İyun 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















