Icma.az
close
up
RU
Millimizin futbolçusu: “İngiltərə, İspaniya və Fransa kimi ölkələrdə oynamaq istəyirəm” MÜSAHİBƏ

Millimizin futbolçusu: “İngiltərə, İspaniya və Fransa kimi ölkələrdə oynamaq istəyirəm” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya futbolunda qol vuran müdafiəçilər daim diqqət mərkəzində olub, bu xüsusiyyətlərinə görə fərqləniblər. Qadınlardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva da onlardan biridir.

İdman.biz xəbər verir ki, yığmamızın aparıcı üzvlərindən olan 23 yaşlı mərkəz müdafiəçisi standart vəziyyətlər zamanı rəqib üçün ən təhlükəli oyunçularımızdan birinə çevrilir. Ötən il AÇ-2025-in seçmə mərhələsində Türkiyə yığması üzərində qələbənin memarı olan Mirzəliyeva bu ilin aprelində Litva ilə səfərdəki qarşılaşmada da fərqlənməyi bacarmışdı.

Gənc futbolçu AFFA-nın mətbuat xidmətinə Bakıda baş tutacaq bugünkü matçda da ənənəsinə sadiq qalmaq arzusunda olduğunu gizlətməyib.

- Qrup mərhələsində son oyununuzu evdə Litva yığmasına qarşı keçirəcəksiniz. Bu matç sizin üçün nə dərəcədə önəm kəsb edir?

- Litva ilə görüş bizim üçün çox vacibdir. Mümkün qədər böyük hesabla qalib gəlməliyik. Qrupda birinci yeri tutmaq üçün maksimum sayda qol vurmağa çalışacağıq. Özümə və komandamıza güvənirəm. Bunu bacaracaq gücümüz var.

- Qrup qalibini Litva ilə oyunlar müəyyənləşdirəcək. Kimin birincilik şansı daha çoxdur: Azərbaycan, yoxsa Monteneqro millisinin?

- Monteneqro güclü komandadır. Yüksək səviyyədə çıxış etməyi bacaran kollektivləri var. Əminəm ki, Litva ilə matçda qələbə qazanmağa çalışacaqlar. Amma bizi indi yalnız öz oyunumuz maraqlandırır. Hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

- İlk oyunda Litvanı məğlub etdiniz. Rəqibin hansı xüsusiyyətlərini vurğulaya bilərsiniz?

- Litva zəif komanda deyil. Aqressiv oynayırlar, meydanda nəsə etməyə çalışırlar. Ancaq bizim üstün cəhətlərimiz daha çoxdur. Komanda olaraq daha çox inkişaf etmişik. Bakıdakı görüşdə qələbə qazanacağımıza inanıram.

- Vilnüsdəki qarşılaşmada ikinci qolun müəllifi oldunuz. Bu dəfə komandamıza daha çox qolun lazım olacağını nəzərə alsaq, yenə fərqlənmək şansınızı necə görürsünüz?

- İlk növbədə deyim ki, Litvada 2:0 hesablı qələbə qazandığımız və qollardan birinin müəllifi olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq xoş haldır. Əsas odur ki, komandama köməyim dəydi. Ümid edirəm ki, Bakıdakı matçda da belə şans yaranar və yenə qol vuraram.

- Yəqin ki, bu cür vacib oyunda azarkeş amili sizin üçün böyük əhəmiyyət kəsb edir. Azarkeşlərə çağırışınız nə olardı?

- Azarkeşlərin oyunlarımıza gəlmələri bizim üçün stimuldur. Belədə daha da həvəslənir, ikiqat əzmlə qələbə qazanmağa çalışırıq. Qarşıdakı oyunda tribunaların dolmasını çox istərdim. Azarkeşlər bu vacib görüşdə komandanı tək qoymasınlar və biz də onları qələbə ilə sevindirək.

- Hələ cəmi 23 yaşınız var. Dünyanın hansı klubunda oynamaq istərdiniz?

- Hazırda karyeramı “Zenit”də davam etdirirəm. Gələcəkdə İngiltərə, İspaniya və Fransa kimi ölkələrdə oynamaq istəyirəm.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri