Millimizin rəqibinin baş məşqçisi: “Ciddi səviyyəyə malik komandalarla qarşılaşdıq” İdman və Biz
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İlk oyunlar müqayisədə müdafiədə oyun baxımından taktiki dəyişikliklər etmişdik. Cəmi bir məşq etdiyimizdən futbolçuların bunu tam yerinə yetirəcəyinə şübhələrimiz var idi”.
İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Krasnojan deyib.
O, Azərbaycan yığması ilə Soçidə keçirilən yoldaşlıq oyunu barədə fikirlərini Rusiya Futbol İttifaqının mətbuat xidmətinə açıqlayıb: “Futbolçularıma təşəkkür edirəm. Onlar tapşırıqları yerinə yetirməyə çalışdılar. Seçim məndə olsaydı, ikinci matçın yayımlanmasını istəyərdim. Bu görüş məzmun baxımından daha yaxşı idi. Ümumilikdə isə bu il ciddi səviyyəyə malik komandalarla qarşılaşdıq”.
Qeyd edək ki, Rusiya millisi Azərbaycanla hər iki oyunda 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















