Icma.az
close
up
RU
Milyarderlərin də pul verib gedə bilməyəcəyi SİRLİ YERLƏR

Milyarderlərin də pul verib gedə bilməyəcəyi SİRLİ YERLƏR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Qloballaşma, müasir texnologiyalar və nəqliyyat sahəsində əldə olunan böyük nailiyyətlərə baxmayaraq, dünyada elə yerlər var ki, onları istəsəniz də, ziyarət edə bilməzsiniz. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu məkanlara giriş ya ciddi şəkildə qadağandır, ya da yalnız xüsusi icazəsi olan azsaylı insanlara verilir.

1. Vatikanın Gizli Arxivi

Təxminən 85 kilometr uzunluğunda rəfləri və 35 min cilddən çox sənədi özündə birləşdirən bu arxivdə bəşəriyyətin son 12 əsrlik tarixini əks etdirən nadir sənədlər saxlanılır. Burada uzun illər itmiş hesab edilən Tampliyer cəngavərlərinin məhkəmə protokolları, 1521-ci ildə Martin Lüterin kilsədən xaric edilməsi barədə Papalıq fərmanı və digər son dərəcə məxfi sənədlər mövcuddur. Arxiv həm də dünyanın ən böyük okkultizm ədəbiyyatı kolleksiyalarından biri hesab edilir. Buraya yalnız xüsusi akkreditasiyadan keçmiş azsaylı alimlər daxil ola bilir.

2. Keymada-Qrandi adası, Braziliya

San-Paulu sahillərindən təxminən 100 kilometr aralıda yerləşən bu ada ilk baxışda cənnəti xatırlatsa da, əslində dünyanın ən təhlükəli məkanlarından biridir. Ada ölümcül zəhərli ilanlarla doludur. Alimlərin hesablamalarına görə, hər kvadratmetrə bir neçə ilan düşür. Buradakı gürzələrin zəhəri dişlənən nahiyədə toxumaları sürətlə məhv edir və vaxtında tibbi yardım göstərilməzsə, qısa müddətdə insanın ölümünə səbəb ola bilər. Buna görə adaya giriş Braziliya hökuməti tərəfindən qadağan edilib.

3. "Zona 51",  ABŞ

Nevada ştatının cənubundakı səhrada yerləşən bu hərbi baza 1950-ci illərdə inşa olunub. Ərazi hasarlanmasa da, sərhədləri xəbərdaredici lövhələr və xüsusi nişanlarla qeyd edilib. "Zona 51" uzun illərdir sirli məkan kimi tanınır. Müxtəlif sui-qəsd nəzəriyyələrinə görə, burada yadplanetli texnologiyalar və ya məxfi hərbi silahlar sınaqdan keçirilir. Bu iddiaları təsdiqləyən dəqiq sübutlar olmasa da, bazaya giriş ciddi şəkildə məhdudlaşdırılıb.

4. Sürtsey adası, İslandiya

1963-cü ildə güclü vulkan püskürməsi nəticəsində yaranan Sürtsey Yer kürəsinin ən gənc adalarından biridir. Burada əvvəlcə bakteriyalar, göbələklər və kiflər meydana gəlib, daha sonra isə bitki və heyvan növlərinin sayı sürətlə artmağa başlayıb. Alimlər adada təbiətin sıfırdan necə formalaşdığını müşahidə etdikləri üçün ekosistemin pozulmaması məqsədilə bura yalnız elmi tədqiqat aparan şəxslərin girişinə icazə verilir.

5. Lasko mağaraları, Fransa

Lasko mağaralarının divarlarında eramızdan əvvəl XV-XVIII əsrlərə aid təxminən 600 qədim qayaüstü rəsm qorunub saxlanılır. Burada atlar, bizonlar, vəhşi öküzlər və müxtəlif heyvanlar təsvir olunub. 1963-cü ilə qədər mağara turistlər üçün açıq idi. Lakin alimlər müəyyən ediblər ki, ziyarətçilərin nəfəsindən ayrılan karbon qazı qədim rəsmlərə ciddi zərər verir. Buna görə mağara bağlanıb və hazırda yalnız xüsusi icazəsi olan mütəxəssislər ora daxil ola bilir.

6. Dünya Toxum Anbarı, Norveç

Norveçdə yerləşən bu məşhur toxum anbarı Yer üzündə bitki növlərinin gələcək nəsillər üçün qorunması məqsədilə yaradılıb. Nüvə müharibəsi, qlobal iqlim fəlakətləri və ya meteorit toqquşması kimi fövqəladə hallarda bitki müxtəlifliyini bərpa etmək üçün burada 4,5 milyona yaxın toxum nümunəsi saxlanılır. Anbar yerin 120 metr dərinliyində yerləşir və partlayışa davamlı təhlükəsizlik sistemi ilə qorunur. Bu səbəbdən adi insanların ora daxil olması mümkün deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 İyun 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri