Icma.az
close
up
RU
Mingəçevirin Bəylər komandası Bakı Tekstil Fabrikinə ekskursiya edib

Mingəçevirin Bəylər komandası Bakı Tekstil Fabrikinə ekskursiya edib

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bu gün Mingəçevir şəhəri 20 nömrəli məktəbin "Bəylər komandası" adlı şagird qrupu Bakı Tekstil Fabrikinə ekskursiya etdi.

“İki sahil”in məlumatına görə, ekskursiya çərçivəsində fabrikin İnsan Resursları üzrə rəhbəri məktəbliləri istehsalatın bütün mərhələləri ilə tanış edərək, tekstil sahəsində həyata keçirilən proseslər barədə ətraflı məlumat verdi.

İlk olaraq, şagirdlərə corabların hazırlanması və paketlənməsi prosesləri izah edildi. Uşaqlar üçün bu mərhələdə maraqlı olan texnoloji detallara xüsusi diqqət yetirildi. Daha sonra işçi geyimləri və kişi iç geyimlərinin hazırlanması prosesi – parçaların kəsilməsi, tikilməsi, düymə və petlələrin açılması, eləcə də paketlənmə mərhələləri göstərildi.

Ekskursiya zamanı şagirdlərin marağını artırmaq məqsədilə bəzi istehsal prosesləri onlara əyani şəkildə göstərildi və özlərinin də bu proseslərdə iştirak etməsinə şərait yaradıldı. Bu, məktəblilər arasında böyük maraq və sevinc hissi ilə qarşılandı.

Ekskursiyanın sonunda Bakı Tekstil Fabrikinin komandası tərəfindən şagirdlərə kiçik hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.

Ekskursiyanın təşkilinə görə Mingəçevir şəhəri 20 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Bəylərqızına və kollektivinə, eləcə də şagirdlərin istehsalatla tanışlığı üçün şərait yaratdığına görə Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayevaya dərin təşəkkürümüzü bildiririk.

Bu kimi maarifləndirici ekskursiyalar şagirdlərin dünya görüşünün genişlənməsi, peşə sahələri barədə ilkin biliklərin formalaşması və gələcək karyera seçimlərinə müsbət təsir baxımından olduqca önəmlidir. Bakı Tekstil Fabriki olaraq bu cür təşəbbüsləri dəstəkləyir və davamlı şəkildə həyata keçirilməsini təşviq edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri