Icma.az
close
up
RU
Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? MƏBLƏĞ AÇIQLANDI

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanıb, müvafiq olaraq dövlət büdcəsində nəzərə alınıb. Nazir deyib ki, dövlət büdcəsinin yekunundan sonra bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345, minimum pensiya məbləği isə 280 manat müəyyən edilib. Maraqlıdır, ölkədəki iqtisadi vəziyyəti, bazar şərtlərini, istehlak xərclərini və digər reallıqları nəzərə alsaq, minimum əməkhaqqı və minimum pensiya məbləği nə qədər olmalıdır?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqı və təqaüdlərdə cəmi 10 faizlik artım olacağı gözlənilir. İqtisadçının sözlərinə görə, Azərbaycanda bu sahədə daha böyük artım olması üçün yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablanma qaydaları dəyişməlidir: “Bu məbləğ nə qədər olmalıdır sualı bir az mücərrəddir. Təbii ki, biz hamımız istəyərik ki, çox olsun, həddindən artıq yüksək sürətlə artsın. Amma reallıq ondan ibarətdir ki, bu il 10 faiz civarında artım olacaq. Yəni, minimum əməkhaqqında da, təqaüdlərdə də 10 faizlik artım gözlənilir. Bu ondan irəli gəlir ki, bizdə yaşayış minimumu, minimum istehlak zənbili, bunların hesablama qaydaları doğru deyil. Ona görə də o parametrlər dəyişməlidir ki, minimum əməkhaqqı və təqaüd hesablanma qaydaları da dəyişsin”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Medianews.az-a bildirib ki, istər minimum əməkhaqqı, istərsə də minimum pensiyanın məbləği adətən inkişaf etmiş, iqtisadi cəhətdən hər hansı problemi olmayan, iqtisadi vəziyyəti qənaətbəxş ölkələrdə, real iqtisadi vəziyyətə, bazar şərtlərinə, o cümlədən də insanların sosial rifah səviyyəsinə uyğun şəkildə müəyyən edilir, bu barədə müvafiq qərarlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanda da minimum əməkhaqqı və pensiya əhalinin yaşam standartlarını yaxşılaşdırmaq, yoxsulluğu aradan qaldırmaq və sosial bərabərliyi təmin etmək üçün bir vasitə olaraq istifadə edilməkdədir: “Növbəti ilin yanvarın 1-dən minimum əməkhaqqının artırılması, eyni zamanda minimum pensiya məbləğinin artırılması gözlənilir. O ki, qaldı bunun hansı həddə müəyyən edilməsi, təbii ki, bu hədlər əhalinin istehlak xərcləri, inflyasiya, bazarın mövcud vəziyyəti və digər istiqamətlər əsasında formalaşır. Nəzərə alsaq ki, 2023-cü ilin yanarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Artıq 2025-ci ildən yeni səviyyənin müəyyən edilməsinə ehtiyac var. Onun həddi ilə bağlı hansısa rəsmi açıqlama verilməmişdir. Sadəcə mövcud şərtləri nəzərə alsaq, ehtimal edirəm ki, minimum əməkhaqqı ən azı 16 faiz artırılaraq, 400 manata çatdırılacaqdır. Hazırki bazar şərtləri daxilində əməkhaqqının ən azı 400 manata çatdırılmasına ehtiyac var, bu, bir zərurətdir. Minimum pensiya məbləğinin artımı isə adətən özündən əvvəlki ilin  orta aylıq əməkhaqqının artım səviyyəsi ilə indeksasiya edilir. Yəni 2024-cü ildə orta əməkhaqqı nə qədər artacaqsa, 2025-ci ilin yanvarın 1-dən minimum pensiyanın həddi də həmin səviyyədə artırılacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Noyabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri