Minskdə MDB dəmir yolu administrasiyalarının səhiyyə sahəsində əməkdaşlığı müzakirə olunub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 mart, AZƏRTAC
Minskdə MDB iştirakçısı olan dövlətlərin dəmir yolu administrasiyalarının səhiyyə sahəsində Qarşılıqlı Fəaliyyət Komissiyasının qırx səkkizinci iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinə istinadla xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan dəmir yolu administrasiyalarının nümayəndələri, Birliyə üzv Dövlətlərin Dəmir Yolu Nəqliyyatı üzrə Şurası direktorluğunun əməkdaşları iştirak ediblər.
İclas texnoloji kommunikasiya sistemindən (TCS) istifadə edilməklə qarışıq formatda keçirilib.
Bundan əvvəl, 2025-ci il fevralın 27-də Komissiya çərçivəsində sənədlərin yenilənməsi üzrə işçi qrupun ilk iclası olmuşdu.
İclasda Komissiya sədrinin və onun müavininin səlahiyyətlərinin 3 il müddətinə uzadılması barədə qərar qəbul edib. Həmçinin Komissiyanın əvvəlki iclaslarının qərarlarının icrası ilə bağlı məsələlərə baxılıb, işçi qrupunun birinci iclasının işinin nəticələrinə yekun vurulub, fəaliyyət istiqamətləri baxımından Birliyə üzv Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının işçi və icraedici orqanlarının təkmilləşdirilməsi və islahatı üzrə müvəqqəti işçi qrupunun işinin nəticələri təhlil edilib.
İclas iştirakçıları, həmçinin Rusiya Federasiyasının dəmir yolu administrasiyası nümayəndələrinin “Böyük Vətən müharibəsində dəmir yolu səhiyyəsinin rolu haqqında”, “Dəmir yolu infrastrukturunda arzuolunmaz halların qarşısının alınmasında icbari tibbi müayinələrin həyata keçirilməsi və onların effektivliyi haqqında” mövzularında məruzə və təqdimatlarını dinləyiblər.
Dəmir yolu idarələrinin nümayəndələri Komissiyanın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını və bu işin davam etdirilməsinin zəruriliyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















