MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 iyul, AZƏRTAC
Avqustun 6-sı saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqustun 11-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə linkə daxil olaraq tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 31 İyul 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















