Icma.az
close
up
RU
Miqrasiya Xidməti COP29a görə Bakıya gələn əcnəbilərə müraciət edib

Miqrasiya Xidməti COP29a görə Bakıya gələn əcnəbilərə müraciət edib

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29 vizası ilə və ya vizasız qaydada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər qanunla nəzərdə tutulmuş müddətdən artıq ölkə ərazisində qalmaq zərurəti yarandıqda, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş hallarda (xidməti zərurət, təcili müalicə və s.) ölkədə müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər:

“Bu halda əcnəbi və vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada (https://eservice.migration.gov.az/public/create-mom-application) və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərələri vasitəsilə fiziki olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Qeyd edirik ki, ölkədə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşamaq qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə səbəb olur”.

“Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə – [email protected] maili vasitəsilə müraciət edə bilərsiniz”, – deyə məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see256

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see175

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see171

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see121

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri