Icma.az
close
up
RU
“Mir Cəfər Bağırov bir neçə dəfə eşitdirmişdi ki, məndən xoşu gəlir, mən isə...”

“Mir Cəfər Bağırov bir neçə dəfə eşitdirmişdi ki, məndən xoşu gəlir, mən isə...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu alcaq təklifin arxasında nələr gizləndiyini anlayıb, qətiyyətlə rədd cavabı verdim...”

“DNT rəhbəri mənə dedi: “...Al bu kağız, yaz ki, qardaşın Ələkbərdən, anan Xavərdən, bacın Firuzədən, bacının əri doktor Cavadovdan imtina edirsən...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

(Əvvəli burada: )

Şahid Əlizadə Qəmər Süleyman qızı: 

1945-ci ildə ərim Əliəfrəş Əlizadə Azərbaycan KP MK-nın ikinci katibi olan vaxt bizə Zağulbadakı bağlardan birinə köçmək təklif olundu. Ərim də, mən də imtina etdik, çünki orada- M.C.Bağırovun qonşuluğunda özümüzü sərbəst hiss edə bilməyəcəkdik. Elə bu vaxt mühafizə rəisi Şərif Babayev zəng vurub dedi: “Cəfər (yəni Bağırov) əmr etdi ki, dərhal Zuğulbaya köçəsiniz. Əks halda dalınızca milis göndərəcək”... 

Biz iki yay- 1945-46-cı illərdə Zuğulbaya köçməyə məcbur olduq. Orada biz Bağırovla rastlaşdıq. O, mənə bir neçə dəfə eşitdirmişdi ki, məndən xoşu gəlir, mən isə özümü eşitməzliyə vurub, əhəmiyyət verməmişdim... 

Bağırov mənim kurorta getdiyimi biləndə narazı qalır və ərimə tənə edirdi: “Sən kişi deyilsən, niyə arvadını tək buraxırsan?” Axırda mən Bağırovun özünü niyə belə aparmasının səbəbini anladım... 

1949-cu ildə ərimin Türkmənistanda olmasından istifadə edən Bağırov şəxsi həkimi Karl Borisoviç Krinskini yanıma göndərib, məni Zuğulbadakı bağına aparmağı tapşırır. Krınski mənə dedi: “Bilirsən, Qəmər, Cəfər səni görmək istəyir”. Mən fürsətdən istifadə edib, həbsdə olan anamın azad olunması, ərimin Bakıya qayıtması barədə xahiş edəcəyimi düşünüb sevindim. Ona görə də Krinskiyə dedim: “Lap yaxşı oldu. Mən Bağırovdan ərimin qayıtmağı, anamı həbsdən azad etməyi xahiş edərəm”. Ancaq Krinski başını bulayıb izah etdi: “Yox, qızım, o səni başqa cür görmək istəyir. O mənə tapşırıb ki, səni Zuğulbadakı bağına aparmağa razı salım. Söz verib ki, əgər sən razı olsan, sənin üçün hər şey edəcək”. Bu alcaq təklifin arxasında nələr gizləndiyini anlayıb, qətiyyətlə rədd cavabı verdim. Krinski bildirdi ki, mənim namuslu qadın olduğumu və məhz belə cavab verəcəyimə şübhə etmirmiş... 

Bundan sonra Krinski bir dəfə də yanıma gəldi və bildirdi ki, Bağırov əl çəkmir, səni bağına aparmağı israrla tələb edir və hədələyir ki, əgər mən inad etsəm, uşaqlarımı əlimdən alıb, özümü həbs etdirəcək, ərimi isə tamam məhv edəcək. Ancaq mən bu dəfə də Bağırovun iyrənc təkilifinə qəti etirazımı bildirdim. Bundan sonra Bağırovun mənə qarşı bir neçə il davam edən işgəncələri başladı. O, müxtəlif vasitələrlə məni incitməyə başladı... 

Hələ 1946-cı ildə ərim Əliəşrəf Əlizadə və qardaşım Ələkbər Mustafayev öz aralarında Bağırovu tənqid etmişdilər. Bunun üstündə onların ikisini də işdən və partiyadan çıxardılar. Anam və bacım Firuzəni əri həkim Cavadovla birlikdə Moskvaya şikayət məktubu yazmaq üstündə həbs etdilər. Həmin məktubda göstərilirdi ki, M.C.Bağırov öz ətrafına Quliyev, Həsənov, Seyidov kimi gərəksiz və ağılsız adamları yığıb, onlar da özbaşınalıla, var-dövlət yığmaqla məşğul olurlar... 

Bundan sonra məni də Dövlət Təhlükəsizlik Nazirliyindəki(DTN) istintaqlara çağırmağa başladılar. Məni səhərlər çağırırdılar. Gecə yarıyadək südəmər körpə ilə ac-susuz istintaq olunurdum. Bu, bir ayadək davam etdi. Sorğu-sual ona yönəldilirdi ki, mən ərim Ə.Əlizadənin anamı öyrətməsi, Cavadovu Bağırov əleyhinə imzasız məktub yazmağa təhrik etməsi barədə ifadə verim... 

Bir dəfə müstəntiq Pivovarov mürəkkəbqabını götürüb, başıma çırpaq istədi. İkinci dəfə məni hədələdi ki, uşağını güllələyərəm... 

O günlər ərim Əlizadə evə gəlmir, “Azərneft”dəki xidməti otağında gecələyirdi. Sonralar bildim ki, Bağırov ona məni boşamağı təklif edibmiş. Boşanma haqqında məlumatı mənə ərim yox, müstəntiq Yusifzadə bildirdi. O, ərimin məni boşaması barədə xəbərin dərc olunduğu qəzeti göstərib dedi: “Bax, ərin səni atıb başqasını alır. İndi də ərinin bu işdə iştirakını danacaqsan?”. Mən cavab verdim ki, ərim haqqında heç bir pis şey deyə bilmərəm... 

Bundan sonra mən və ərim Bağırovun adına ərizə yazıb, ailəmizi dağıtmamağı xahiş etdik. Ərizəmdə göstərmişdim ki, əks təqdirdə özümü öldürəcəyəm. Bağırov məni qəbul etmədi, ərizəmə də cavab vermədi. Ərimin xahişindən sonra Bağırov “ürəyiyumuşaqlıq” edib, ailə həyatımızı davam etdirməyə icazə verdi. Həmin vaxt boşanma haqqında məhkəmə işi xalq məhkəməsindən vilayət məhkəməsinə verilmişdi... 

Bir gün Teymur Quliyev mənə zəng vurub, yanına gəlməyi təklif etdi. Mən onun otağına daxil olanda DNT rəhbəri Yemelyanov, mənə dedi: “Sənin ərin da əvəzsiz neftçi-alim olduğundan Cəfər (Bağırov –red.) sənə hörmət edir. Al bu kağız, yaz ki, qardaşın Ələkbərdən, anan Xavərdən, bacın Firuzədən, bacının əri doktor Cavadovdan imtina edirsən, onlarla heç bir əlaqəyə girməyəcəksən. Altdan da qol çək”. Bu vaxt Sumbatov bildirdi: “Sən də, qardaşın da günahkarsınız. Sən hörmətə layiq deyilsən”. Sumbatov mənim üstümə çığırmağa başladı. Mən deyilənləri yazıb, qol çəkməyə məcbur oldum, təki ərim evə qayıtsın... 

1948-ci ilin 4 iyulunda ərim yatalaq xəstəliyinə tutulmuşdu, üç uşağım da bağda göyöskürək tutmuşdu. Həmin vaxt anam həbsdən azad edilmişdi. Mən anamdan xahiş etdim ki, uşaqlarım yanında bağda qalsın, mən də xəstə ərimin yanına gəlim. Belə də elədik. Bunu həmin gün Yemelyanova çatdırdılar. Bundan xəbər tutan Bağırov ərimin xəstə olduğunu nəzərə almayıb, onu işdən çıxartdı. Qəzetdə ərimin Bakı şəhər partiya komitəsi bürosunun tərkibindən çıxması barədə xəbər dərc olundu. Bağırov onu Elmlər Akademiyasının həqiqi üzvlüyündən də çıxartdı. Qəzetlərdə mən və ərim barədə bıabırçı yazılar dərc olunmağa başlandı... 

(Davamı var)

Təqdim etdi:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see175

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see169

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see164

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see150

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see139

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri