Misir SOCAR ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misir və Azərbaycan neft-qaz sahəsində uzunmüddətli tərəfdaşlıq imkanlarını öyrənirlər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "ECO FIN Agency" Misirin Neft Nazirliyinə istinadən məlumat yayıb.
Bu mövzuda danışıqlar Bakı Enerji Həftəsi çərçivəsində Misirin neft naziri Karim Badavi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov arasında keçirilən görüş zamanı baş tutub.
Məlumatda bildirilib ki, müzakirələr iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın aktivləşdirilməsinə və miqyasının genişləndirilməsinə yönəlib.
K.Badavi Misirdə inkişaf etmiş neft emalı, nəqli, saxlanması və ixracı infrastrukturuna diqqət çəkərək, bu aktivləri əməkdaşlığın genişləndirilməsi üçün əsas kimi təqdim edib.
Nazir, həmçinin karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatı sahəsində investisiya imkanlarını qeyd edib, eləcə də SOCAR-ı Misir bazarında iştirakını genişləndirməyə dəvət edib.
Qeyd olunub ki, bu görüş martın 31-də Qahirədə "Egypt Energy Show" (EGYPES) sərgisi çərçivəsində imzalanmış çərçivə sazişinin davamı olub. Saziş mayeləşdirilmiş təbii qazın, neft və neft məhsullarının tədarükü, investisiyalar, təlim və ixtisasartırma da daxil olmaqla bir neçə əməkdaşlıq sahəsini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















