Mixail Mişustin: Rusiyada 840 min əcnəbi qeyri qanuni yaşayır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Moskva, 25 fevral, AZƏRTAC
Rusiyanın Baş naziri Mixail Mişustin Dövlət Dumasındakı çıxışı zamanı bildirib ki, hazırda Rusiyada təxminən 840 min xarici vətəndaş qanunsuz yaşayır.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı bu ölkədə yaşayış qaydalarını pozan əcnəbilərin də daxil olduğu nəzarətdə olan şəxslərin reyestrinin yaradıldığını xatırladıb.
Mişustinin sözlərinə görə, 6 fevral tarixinə onların sayı təxminən 840 min nəfər təşkil edib. O qeyd edib ki, 2025-ci ildə Rusiyadan 72 min qanunsuz miqrant deportasiya edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Baxış sayı:122
Bu xəbər 25 Fevral 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















