Icma.az
close
up
RU
Moderatorluq hara, hərbi sponsorluq hara?

Moderatorluq hara, hərbi sponsorluq hara?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı bir çox hallarda “qoca qitə”nin maraqlarını aşağılayır

Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni, biz ikitərəfli danışıqlar formatının tərəfdarıyıq və əlbəttə ki, Azərbaycan bu məsələnin tərəfi kimi öz mövqeyini müdafiə edəcək.

Azərbaycan Prezidenti  İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədən

Avropa İttifaqının (Aİ) Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesində daim birincinin tərəfini tutduğu heç kəsə sirr deyil. Bunun əyani sübutunu ötən il aprelin 5-də Brüssel görüşü ortaya qoydu. ABŞ Dövlət katibi Antoni Blinken görüşdən iki gün əvvəl ABŞ tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirmişdi ki, aprelin 5-nə planlaşdırılan Vaşinqton–Brüsselİrəvan üçtərə i görüşü əsasən iqtisadi məsələlərə həsr olunub və Bakıya qarşı yönəlməyib. Bakı, əlbəttə ki, həmin görüşdə yalnız iqtisadi və humanitar məsələlərin müzakirə ediləcəyi barədə tezisə inanmadı. Sonrakı proseslər göstərdi ki, Bakı yanılmayıb. “Üçlər”in görüşündə müzakirə edilən mövzulardan biri Ermənistana hərbi yardım məsələsi olub. Rəsmi Bakı buna reaksiya verdi. Bildirildi ki, əgər Qərbdən Ermənistanın silahlandırılmasının və qondarma Sülh Fondunun yardımının bundan sonra da davamı olacaqsa, Azərbaycan adekvat addımlar atmalı olacaq. Axı, necə ola bilər ki, sülhə moderatorluq etmək istəyən dövlətlər Ermənistana hərbi yardım göstərsinlər?

ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gələrək, faktiki olaraq, yeni  əməkdaşlıq paktı haqqında razılıq əldə etdilər. Əslində, bu, A-nin və ABŞ-ın sülh danışıqları platformasından, Azərbaycan–Ermənistan normallaşma prosesindən kənarlaşması məntiqinə gəlirdi. Bu addımları ilə ABŞ və A sülh danışıqlarında neytral statuslarını itirmiş oldular. Artıq məlum oldu ki, bu dövlətlər münaqişənin nizamlanması prosesində moderator kimi deyil, maraqlı tərəf kimi iştirak etmək niyyətindədirlər. Məhz buna görə Bakı onların bu prosesdə iştirakını qeyri-mümkün hesab etdi. Yox, əgər həmin ölkələr kiməsə yardım edirsə, bu, hər iki tərəfə eyni səviyyədə olmalıdır.

***

Aİ-nin münaqişənin nizamlanmasına, bölgədə sülhün əldə olunmasına maneçilik cəhdləri bununla yekunlaşmır. Bu qurumun Ermənistandakı qondarma mülki müşahidə missiyasının müddətinin uzadılması Bakının ona olan etimadını sarsıtdı. Azərbaycan onsuz da 30 ilə yaxın müddətdə Aİ-də dominantlıq edən Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun mənasız və ikiüzlü ermənipərəst mövqeyindən iyrənmişdi. “Binokllu diplomatların” rüsvayçı fəaliyyəti, missiyanın yarıhərbi geyimi heç cür qəbul edilə bilməzdi.

Qitənin ali qanunverici orqanı – Avropa Parlamenti (AP) də anti–Azərbaycan əməlləri ilə heç də digər institutlardan geri qalmır. Son illər AP-nin erməni lobbisinin əlində alətə çevrildiyi hamıya bəllidir. Bugünədək Avropa Parlamentində keçmiş Dağlıq Qarabağ münaqişəsi, AzərbaycanErmənistan münasibətləri mövzusunda bir neçə dəfə müzakirələr aparılıb. Həmin müzakirələrin yekunu olaraq AP-nin hesabatları, qəbul etdiyi qətnamələr bilavasitə ermənilərin maraqlarını əks etdirib. AP uzun müddət Cənubi Qafqazda işğalı, separatçılığı, qanunsuzluğu, eləcə də ksenofobiyanı açıq şəkildə təşviq edirdi. Bu qurumun haypərəst davranışları, qəbul etdiyi qərəzli qətnamələri onu deməyə əsas verir ki, o, regionda pozitiv proseslərin, sülhün deyil, tamamilə əksinə, qarşıdurmanın, problemlərin yaranmasına xidmət edib.

Ermənistan 30 il ərzində işğalçılıq siyasət aparanda, Azərbaycan ərazilərinin 20 faizini öz nəzarəti altında saxlayanda, bir milyondan çox soydaşımızı doğma yurdundan didərgin salanda, daşnaklar öz torpaqlarımızda bizə qarşı misli görünməmiş vəhşiliklər törədəndə AP susub. Yox, sadəcə susmayıb, ermənilərin beynəlxalq hüquqla bir araya sığmayan cinayətkar əməllərini qınayan hansısa bir sənəd qəbul etməyib. Görünən odur ki, AP belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edib.

Avropa Parlamentinin indiyədək Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrin heç biri hüquqi əsasları olan sənədlər deyil. Yeni qətnamə də bu baxımdan heç nə ilə fərqlənmir və boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları heç vaxt Azərbaycanın iradəsinə təsir göstərə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Azərbaycan xalqı 2020-ci ildə yüksək vətənpərvərlik, həmrəylik, əzm, qətiyyət nümayiş etdirərək düşməni torpaqlarımızdan qovdu və ölkənin ərazi bütövlüyünü təmin etdi.  Postmüharibə dövründə isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, Böyük Qayıdış planı reallaşdırılır. Azərbaycanın aydın gündəliyi var və hədəflərinə doğru inamla irəliləyir.

***

Aİ bir çox hallarda qitənin özünün strateji maraqlarına qarşı çıxış edir. Ən azı, quruma üzv ölkələrin enerji təhlükəsizliyi məsələsini “yaddan çıxarır”. Unudur ki, son 21 ildə Azərbaycan Aİ-nin 9 ölkəsi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb və ölkəmiz onların təbii enerji ilə təminatında önəmli rol oynayır.   

Daha bir maraqlı məqam: xarici partnyorlarına qarşı daim ədalətli və səmimi mövqedən çıxış edən Azərbaycanla beynəlxalq hüquqa arxa çevirən Ermənistanın Aİ-nin həyatında oynadıqları rolu bir-birindən fərqləndirmək lazımdır. Ermənistan bugünədək Aİ məkanına nə verib – sualının cavabı “Heç nə!”dir”. İrəvan ondan yalnız kömək və maddi yardımlar umub, hay xislətinə uyğun olaraq bu qurumdan nələri isə qopartmağa çalışıb. Bu kontekstdə Azərbaycanın mövqeyi isə tamamilə fərqli rakursdan diqqət çəkir. Ölkəmiz “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir. Şərqi Avropanın böyründə davam edən silahlı münaqişə, eləcə də digər geosiyasi reallıqlar fonunda Aİ-nin enerji daşıyıcılarına tələbatının daha da artması başadüşüləndir. Avrokomissiyasının əlavə qaz tədarükü ilə bağlı ölkəmizə müraciət ünvanlaması faktını da xatırlatmağımız yerinə düşər. Bu müraciəti həssaslıqla qarşılayan Azərbaycan Avropanın enerjiyə ehtiyacının qarşılanmasında öz rolunu artırmaq  məqsədilə əzmlə çalışıb.

Rəqəmlərə diqqət yetirək: 2021-ci ildə respublikamız Avropaya 8 milyard kubmetr qaz nəqli ilə bağlı öhdəliyinə sadiq qaldı. 2023-cü ildə bu həcmi 12 milyard kubmetrədək artırdı. Eyni zamanda, Azərbaycan “Qoca qitə”yə qaz tədarükünü 2027-ci ilədək 20 milyard kubmetrədək artırmağı hədəfləyib. 

Oxuculara onu da xatırladaq ki, azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, eləcə də 2023-cü il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq müaviləsinin imzalanması Azərbaycan və Aİ arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurlu perspektivindən xəbər verir. Sadəcə, bu perspektivə xələl gətirə biləcək ölkə – Fransa gərək Azərbaycana, bütövlükdə bölgəyə münasibətdə ədalətli və neytral mövqedən çıxış etsin. Amma nə qədər ki, rəsmi Paris Aİ-də əsas söz sahiblərindən biri kimi görünür, qurumun nüfuzu getdikcə düşəcək, ona etimad göstərənlərin sayı azalacaq. ünki dünyanın heç bir nöqtəsində Fransa sülhməramlıları uğur qazanmayıblar. Onların ayağı dəydiyi bütün bölgələrdə münaqişələr və ziddiyyətlər daha da kəskinləşib. 

Aİ-nin bəşəri dəyərləri müdafiə etmək üçün ağlabatan arqumentlərə malik olmasına baxmayaraq, Qlobal Cənubun Avropanın birgə fəaliyyətlə bağlı  çağırışlarına biganə qalması təəccüblü görünməməlidir. Axı, “qoca qitə” bir tərəfdən ikili standartlar nümayiş etdirə, digər tərəfdən isə beynəlxalq hüquqa üstünlük verilməsini tələb edə bilməz. Qarşılıqlı əməkdaşlıq səmimi münasibətlərə və etimada söykənməlidir. Və bu gün hər kəsə aydındır ki, Azərbaycan olmadan nəinki Cənubi Qafqazda, Şərqlə Qərb arasında nə əməkdaşlığın, nə də hərtərəfli təhlükəsizliyin təmin edilməsi mümkündür.

P.S. Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, rəvan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir. N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib. Bunu rəvandan gələn ilin ilk müsbət mesajı kimi də dəyərləndirmək olar.

İmran BƏDİRXANLI

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri