Moldova rəsmisi:“Kibertəhdidlər üçün sərhəd anlayışı yoxdur
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kibertəhdidlər üçün sərhəd anlayışı yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Moldova Kibertəhlükəsizlik Agentliyinin direktoru Mihai Lupascu Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, bu baxımdan ölkələr əməkdaşlıq istiqamətində əməli addımlar atmalıdırlar:
"Keçən il Moldova hökuməti kritik infrastruktur üçün bütün təhlükəsizlik tələblərini qəbul etdi. Beləliklə, bu ildən etibarən təhlükəsizlik yoxlamaları apara, çərçivənin düzgün tətbiq edilib-edilmədiyini yoxlaya və bu cür icra qabiliyyətini həyata keçirə biləcəyik".
Qonağın sözlərinə görə, kiber təhlükəsizlik sahəsində kadr çatışmazlığı Moldovada böyük problemdir:
"Hökumətə kibertəhlükəsizlik təcrübəsi təqdim edə biləcək istedadlı insanlar tapmaq asan deyil. Buna görə biz düzgün motivasiyaya malik insanları hədəfləyirik və tapırıq, sonra onların daha təcrübəli olması üçün müxtəlif təlim proqramları və bacarıq artırma proqramlarından keçirik.
Əlbəttə, tənzimləmə və siyasət hissəsi hələ də böyük rol oynayır, çünki düzgün çərçivə olmadan düzgün istiqamətdə hərəkət edə bilmərik".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 İyun 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















