Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə millisinin UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olması baş məşqçi Vinçenso Montellanı ciddi təzyiq altında qoyub.
QOL.az xəbər verir ki, "Milliyet"də yer alan məlumata görə, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun italiyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Dünya çempionatında qrupdan çıxa bilməyən Türkiyə yığması Millətlər Liqasında da uğursuz çıxış edib. Komanda İtaliyaya iki dəfə, həmçinin Belçika və Fransaya qarşı keçirdiyi matçlarda məğlub olub.
Bu nəticələrdən sonra əsas tənqid hədəfinə çevrilən Montellanın taleyi ilə bağlı TFF rəhbərliyinin yekun qərar verdiyi bildirilir.
Qeyd olunur ki, 2028-ci il Avropa çempionatının sonuna qədər müqaviləsi olan 51 yaşlı mütəxəssis Türkiyə millisində il ərzində 2,2 milyon avro qazanır.
İddialara görə, TFF Montella ilə müqaviləyə vaxtından əvvəl xitam verəcəyi təqdirdə ona 5 aylıq maaşı həcmində təzminat ödəyəcək.
Qeyd edək ki, Vinçenso Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















