Icma.az
close
up
RU
MOSKVA “İFLİC” OLUB Aeroportlarda kollaps yaşanır, internet və rabitə bərbad vəziyyətdədir (FOTO)

MOSKVA “İFLİC” OLUB Aeroportlarda kollaps yaşanır, internet və rabitə bərbad vəziyyətdədir (FOTO)

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

9 may yaxınlaşdıqca Moskvada vəziyyət daha da gərginləşir. Bir tərəfdən Ukrayna PUA-larının hücumu, digər tərəfdən parada hazırlıq və bununla bağlı görülən təhlükəsizlik tədbirləri şəhəri az qala iflic vəziyyətə gətirib.

“AzPolitika” Rusiya kanallarına istinadla xəbər verir ki, Moskvaya PUA hücumları nəticəsində Rusiya hava limanlarında vəziyyət durmadan pisləşir. Bəzi reyslər artıq 15 saatdan çox gecikib, onlarla təyyarə havaya qalxmaq üçün növbə gözləyir, sərnişinlər terminallarda yatırlar.

Məsələn, Antalya-Moskva reysi ilə uçan sərnişinlər enişdən sonra 7 saat Pulkovo hava limanında təyyarədə qalıblar. Onların təyyarədən çıxmasına icazə verilməyib. Daşkənd və Çelyabinskdən gələn sərnişinlər isə gecəni təyyarələrdə keçirib, oradan hava limanına getməyə icazə verilməyib.

Ümumilikdə Ukrayna PUA-larının Rusiyadakı hərbi və sənaye obyektlərinə hücumları səbəbindən Moskva hava limanlarında 140-dan çox reys təxirə salınıb. Təxminən 8,5 min sərnişin nə yola düşə, nə də Moskvaya gələ bilib. Bəzi reyslərin marşrutu Sankt-Peterburq, Kazan, Nijni Novqorod və digər şəhərlərə dəyişdirilib ki, bu da hava limanlarının həddən artıq yüklənməsinə səbəb olub. Pulkovoda isə əsl mənada təyyarələrin tıxacı yaranıb.

Hücum təhlükəsi səbəbindən Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanları dəfələrlə fəaliyyətini dayandırıb. Şeremetyevo mayın 7-nə keçən gecə iki dəfə bağlanıb: səhər 01:00-dan 04:07-dək və 04:25-dən 05:30-a qədər. Kazan, Nijnekamsk, Kirov və digər şəhərlərin hava limanlarında da məhdudiyyətlər tətbiq edilib. Nəticədə mayın 6-sı və 7-də Rusiyanın Mərkəzi bölgəsində 14 hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb və bu, xaosa səbəb olub. Sərnişinlər hava yollarından, saatlarla gözləmələrdən, yemək, su və gecələmə üçün yerlə təmin olunmamalarından şikayət ediblər. Şeremetyevo və Vnukovoda məlumat masalarında böyük növbələr yaranıb, Vnukovoda 50-yə yaxın reys ləğv edilib.

“Aeroflot” Moskvadan 52, paytaxta isə 54 reysin ləğv edildiyini, habelə gecikmələr və alternativ aerodromlara uçuşların istiqamətinin dəyişdirildiyini bildirib. “Rossiya Hava Yolları” və “Pobeda” da reyslərin ləğvini açıqlayıb.

Həmçinin, bu gün səhər tezdən Moskvada çatdırılma xidmətləri işləmir, mobil internetdə, bankomatlarda fasilələr var, sakinlər nə taksi çağıra, nə də yemək sifariş edə bilirlər, bir sıra mağazalar yalnız nağd pul qəbul edir. Səbəb Qələbə Paradının məşqləri və PUA hücumu təhlükəsidir. Hələlik vəziyyətin sabitləşdiyi barədə hər hansı məlumat verilmir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 May 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri