Icma.az
close
up
RU
Moskvadan İrəvana MESAJ: “Baydendən real dəstək yox idi, Tramp isə...”

Moskvadan İrəvana MESAJ: “Baydendən real dəstək yox idi, Tramp isə...”

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiyanın xarici siyasət konsepsiyası olduğu kimi qalacaq. Bunun əksi üçün heç bir rasional səbəb yoxdur. Rusiyanın xarici siyasəti Amerika ilə müsbət münasibətləri istisna etmir. Rusiya Federasiyası heç vaxt Qərblə pis münasibətlərə can atmayıb. Rusiya Qlobal Cənub ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi kursunu davam etdirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri yerli KİV-lərə müsahibəsində “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski deyib.
O bildirib ki, qlobal səviyyədə hər şey dünyadakı proseslərlə bağlıdır:
“Açığı, Rusiya ilə Amerika arasında münasibətlər qismən də olsa bərpa olunarsa, müsbət tendensiya olarsa, bunun Cənubi Qafqaz elitasının əhval-ruhiyyəsinə təsir edəcəyi aydındır.
Çünki Tramp Transqafqazda heç kimin tərəfində olmayacaq. Eyni zamanda, qərbi avropalıların regionda fəallığı artacaq və hazırda artmaqdadır.
Əgər regiondaxili münasibətlərin konfiqurasiyası haqqında danışsaq, onda hər bir ölkə öz maraqları haqqında daha çox düşünməli olacaq. Cənubi Qafqazın bütün dövlətləri öz siyasətlərinə görə çox fərqlidirlər. Əgər Ermənistandan danışırıqsa, o zaman Baydenin dövründə də onun dəstəyi realdan daha simvolik idi. Paşinyan faktorunu izah etmək mənim üçün çətindir. O, davamlı və çox israrla siyasi ritorika səsləndirir. Baydendən Ermənistana real dəstək olmadı. Eləcə də Avropa tərəfdən. İndi Trampın dövründə daha az dəstək olacaq.
Gürcüstan son vaxtlar çox müstəqil hərəkət edir. Gürcüstan hakimiyyəti əhalini öz ətrafında birləşdirə bildi.
Azərbaycan kifayət qədər müstəqil, özünü təmin edən ölkədir. Başqasına deyil, konkret olaraq Azərbaycan Respublikasına lazım olan suveren qərarlar qəbul etmək üçün kifayət qədər güclənmiş bir dövlətdir.
Əgər konkret ölkənin milli elitası konsolidasiya olunubsa və dövlətə nə lazım olduğunu bilirsə, o zaman müxtəlif geosiyasi çəkişmələr ölkəyə təsir etmir. Hesab edirəm ki, Cənubi Qafqazda ABŞ-da bu və ya digər administrasiyanın hakimiyyətdə olmasının vacibliyini şişirtməyə ehtiyac yoxdur. Hətta Trampın belə sözləri ilə hərəkətləri arasında böyük fərq var”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Mart 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri