Moskvadan növbəti təzyiq: Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi tanınmış azərbaycanlı bloqer Subo ( Sübhan Məmmədov) barəsində 50 milyon rubl məbləğində vergi ödəməkdən yayınma ittihamı ilə cinayət işi başladıldığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında bildirilib.
İstintaq materiallarına görə, Subo adı ilə tanınan şəxs 2021–2023-cü illər ərzində özünün media və reklam gəlirlərini vergi orqanlarından gizlədərək dövlət büdcəsinə ciddi zərər vurub.
Hazırda istintaq çərçivəsində bloqerin maliyyə əməliyyatları və bank hesabları üzərində təhlil aparılır, eyni zamanda onunla əməkdaşlıq edən reklam şirkətləri də araşdırılır.
Məlumat üçün bildirək ki, Subo sosial şəbəkələrdə milyonlarla izləyicisi olan populyar kontent istehsalçısıdır. O, həm Rusiya, həm də Azərbaycanda izləyici auditoriyasına sahibdir.
Aysel,
BakuPost



