Icma.az
close
up
RU
Moskvadan Qərbə xəbərdarlıq...

Moskvadan Qərbə xəbərdarlıq...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekspert: Hər hansı sərt addımın atılması da qeyri-realdır

Son zamanlar Avropa İttifaqının rəsmilərinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunacağı ilə bağlı bəyanatlar səsləndirməsi Moskvada ciddi narahatlıq yaradıb. Belə ki, artıq Rusiya bununla bağlı Qərbə xəbərdarlıq etməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında bəyan edib ki, Moskva Aİ-nin bu addımını sakit qarşılamayacaq - o, Aİ-nin rəsmilərinin, xüsusilə də Fransa Prezidenti Emmanuel Makronun təhdid xarakterli bəyanatlarını şərh edərkən deyib ki, Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin müsadirəsi xaosa səbəb olmayacaq, əksinə, Rusiyadan sərt cavab tədbirləri görüləcək. Qeyd edək ki, M.Zaxarova bundan əvvəl də həmin məsələ ilə bağlı Qərbə xəbərdarlıq edib. Rusiya XİN-nin mətbuat katibi jurnalislərin suallarını cavablandırarkən bildirmişdi ki, Rusiya dondurulmuş aktivlərinin Ukraynaya dəstək məqsədilə kapitala çevrilməsinə sərt reaksiya verəcək. “Biz bu və ya digər şəkildə Rusiyanı suveren ehtiyatlarından məhrum etmək cəhdləri ilə bağlı istənilən qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Qanuni hüquq və mənafelərimizin müdafiəsi ilə bağlı cavabımız həm hüquqi, həm də mənəvi cəhətdən əsaslandırılacaq”, - deyə Zaxarova vurğulamışdı.

Aİ-dən yeni plan

Avropa İttifaqı ölkələri Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin yeni variantını araşdırır. Qeyd edək ki, “Financial Times” qəzetinin məlumatına görə, Avropa İttifaqı ölkələri Belçikanın “Euroclear” depozitarında nağd pul qalıqları statusuna çevrilmiş vəsaitlərdən faizsiz istiqrazların alınmasında istifadəyə ümid edir. Qəzetin məlumatına görə, Rusiya Federasiyasının “Euroclear”da saxlanılan 194 milyard avroluq aktivinin 170 milyard avrosunun ödəmə vaxtı çatıb və vəsait pul qalıqları dərəcəsinə keçdikdən sonra Ukraynaya ötürüləcək. Sentyabrın 10-da Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, Belçika Avropa İttifaqının hüquqi riskləri bölüşməsi şərti ilə Rusiyanın təxminən 200 milyard avro məbləğində dondurulmuş aktivlərinin istifadəsinə razılıq verəcək. Diplomatın sözlərinə görə, Brüssel ölkənin illik büdcəsinə ekvivalent məbləği ödəməyə məcbur edə biləcək hər hansı potensial iddiaya görə məsuliyyət daşıya bilməz.

Dondurulmuş aktivlər müsadirə olunacaq?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Aİ-də Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı hələ ki, heç bir tədbir nəzərdə tutulmayıb.

“Avropa İttifaqının hazırki tədbirlərində Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı hər hansı prosedur nəzərdə tutulmayıb. Sadəcə olaraq, sözügedən dondurulmuş aktivlərin bu və ya digər şəkildə xüsusi vəsaitlərə çevrilərək Ukraynaya ötürülməsi ətrafında müzakirələr aparılır. Həmin vəsaitlər də Ukraynada müharibə fəsadlarının aradan qaldırılmasına və ölkədə geniş yenidənqurma işlərinin aparılmasına yatırılacaq. Demək olar ki, artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb. Dondurulmuş aktivlərin müsadirəsinə gəlincə, bu hal o zaman mümkün ola bilər ki, beynəlxalq məhkəmələrdə Rusiyanın Ukraynaya vurduğu zərərə görə Kiyevə kompensasiya ödəməsi ilə bağlı qərar qəbul edilsin - Moskva kompensasiyanı ödəməkdən imtina etdiyi təqdirdə onun dondurulmuş aktivləri müsadirə edilə bilər. Amma bu gün belə bir halın baş verməsi qeyri-mümkündür. Aİ-nin heç bir üzv ölkəsində Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi barədə qərar qəbul edilməyib. Bu, banklararası təhlükəsizlik sisteminə mənfi təsir göstərə bilər”, - deyə R.Bayramov bildirib.

Sərt tədbirlər nə qədər realdır?

“Moskva çox yaxşı bilir ki, onun dondurulmuş aktivlərindən necə istifadə olunacağı istiqamətində planların hazırlanması üzərində işlər aparılır. Kreml indiyə qədər öz aktivlərini qorumaq üçün heç bir addım atmayıb - ümumiyyətlə, hər hansı sərt addımın atılması da qeyri-realdır. Ona görə ki, Rusiyanın adevkat cavab vermək imkanları məhduddur - Moskva Qərbə qarşı iqtisadi cəhətdən sərt tədbirlər görmək iqtidarında deyil. Zaxarovanın hədə xarakterli bəyanatları sadəcə olaraq, daxili auditoriyaya hesablanıb. Sanksiyalar altında olan, beynəlxalq səviyyədə təcrid edilən və valyuta ehtiyatları tükənən bir ölkənin Aİ-yə qarşı sərt tədbirlər görməsi inandırıcı görünmür. Rusiyanı daha da ağır sanksiyalar gözləyir - növbəti mərhələdə Rusiyanın xam neftinin alışına məhdudiyyətlər qoyulacaq”. - deyə R.Bayramov vurğulayıb.

Yunis ABDULLAYEV 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri