Icma.az
close
up
RU
Moskvaya sərt XƏBƏRDARLIQ: Vaşinqton sanksiyalarla hədələdi

Moskvaya sərt XƏBƏRDARLIQ: Vaşinqton sanksiyalarla hədələdi

Icma.az, News24 saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Ukraynaya silah yardımını niyə dayandırdığını “Onların güzəştə getməyə hazır olub-olmadığını bilməliyəm” deyərək izah edib. Kiyevlə danışıqların Rusiyadan daha çətin olduğunu deyən Tramp Moskvanı genişmiqyaslı sanksiyalarla hədələyib. Səudiyyə Ərəbistanında keçiriləcək kritik danışıqlara işarə edən Tramp, tərəfləri müharibəni bitirmək üçün masa arxasına oturmağa çağırıb.

News24.az xəbər verir, ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi mətbuat konfransında Ukraynaya silah yardımının dayandırılması ilə bağlı sualları cavablandırıb.

Tramp Kiyevə silah tədarükünün dayandırılmasının səbəbini belə izah edib: “Onların güzəştə getməyə hazır olub-olmadığını bilməliyəm”. 

Tramp Kiyevlə danışıqları Rusiya ilə danışıqlardan daha çətin hesab etdiyini bildirib. “Onların "kozırları" yoxdur. Biz onlara kömək etməyə çalışırıq, lakin Ukrayna da üzərinə düşəni etməlidir", Tramp deyib.

 Mətbuat konfransından əvvəl Tramp "Truth Social" platformasında Rusiyanın Ukraynanı döyüş meydanında “əzdiyini” yazıb. Tramp deyib ki, “Rusiya Ukraynanı çox pis bombalayır” və sülh razılaşması əldə etmək üçün buna son qoyulmalıdır.

Bununla əlaqədar olaraq Tramp Moskvaya sərt xəbərdarlıq edərək, “Atəşkəs və sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı irimiqyaslı bank sanksiyaları və tariflər tətbiq etməyi ciddi şəkildə düşünürəm” deyib.

Oval kabinetdəki açıqlamalarında Rusiya və Ukraynanı tez bir zamanda danışıqlar masasına oturmağa çağırıb və müharibənin bitməli olduğunu vurğulayıb. 

ABŞ-ın müharibənin sona çatmasında vasitəçi rolunu öz üzərinə götürdüyünü bildirən Tramp ötən ay Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşlərin yaxşı keçdiyini xatırladıb.

Aynurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Mart 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri