Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Mötəbər tarixi həqiqətlər məbədi

Mötəbər tarixi həqiqətlər məbədi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Arxiv İdarəsi – 105

(əvvəli ötən saylarımızda)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2022-ci il tarixli 544s nömrəli sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq Milli Arxiv İdarəsinin Kollegiyasının qərarları ilə təsdiq edilmiş “Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və filialının və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatlarına təhvil verilməsinə dair Arayışın Formasi” və “Ödənişli arxiv xidmətləri göstərilməsinə dair Müqavilə”si Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Milli arxiv fonduna məxsus elektron sənədlərin dövlət mühafizəsinə qəbulu, onların istifadəsi və arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması sahəsindəki fəaliyyətin tənzimlənməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq hazırlanmış layihə Azərbaycan Respublikasının Nazrlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir.

“Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”ı dövlət mühafizəsində olan arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması, İKT tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv məlumatlarının axtarışı və istifadəsinin səmərəliliyinin artırılması, əlçatanlığın təmin edilməsi məqsədilə Elektron arxiv informasiya sisteminin formalaşdırılması sahəsindəki fəaliyyətin tənzimlənməsində xüsusi əhəmiyyəti ilə seçilən hüquqi aktdır.

Son illərdə dövlət arxivlərinin yeni texnoloji nailiyyətlər əsasında infrastrukturunun yenilənməsi, optik avadanlıqların, proqram təminatlarının alınması, optik rabitə kanalları, müşahidə kameraları ilə təchizatı, istifadədə olan informasiya sistemlərinin kiber müdaxilələrdən qorunması üçün təhlükəsizlik mexanizmlərinin qurulması təmin edilmişdir.

Arxiv fondu sənədlərinin etibarlı mühafizəsi və səməri istifadəsinin təmin edilməsi məqsədilə dövlət mühafizəsində olan elmi-tarixi baxımdan əhmiyyətli və daha intensiv istifadə edilən arxiv fondu sənədlərinin tədricən planlı şəkildə rəqəmsal nüsxələrinin yaradılmasına, onların müvafiq informasiya sistemində qeydiyyatının aparılmasına başlanılıb.

Dövlət mühafizəsində olan on mindən artıq arxiv fondu haqqında ilkin axtarış məlumatlarının, o cümlədən dövlət arxivlərinin elmi məlumat vasitələri olan arxiv siyahıları, audiovizual və çap materiallarının kataloq vərəqləri üzrə soraq-axtarış məlumatların elektron bazası yaradılması təmin edilib. Milli Arxiv İdarəsi və dövlət arxiv xidməti təşkilatlarının xarici ölkələrin arxiv təşkilatları ilə eləcə də sahə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişlənib.

Milli Arxiv İdarəsi ilə ayrı-ayrı ölkələrin arxiv təşkilatları arasında əməkdaşlığa dair sazişlər imzalanıb. Hazırda xarici ölkələrin arxivlərində saxlanılan Azərbaycanla bağlı sənədlər aşkar edilərək siyahıları hazırlanır, bir sıra ölkələrin (Türkiyə, Rusiya, Qazaxıstan) arxivlərində saxlanılan ölkəmizlə bağlı sənədlərin elektron surətləri gətirilərək aidiyyəti dövlət arxivlərində qeydiyyata alınması təmin edilmişdir.

Dövlət arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının yaxşılaşdırılması, isitmə-soyutma və havalandırma sistemlərinin əsaslı şəkildə yenidən qurulması, Dövlət Arxivinin Şirvan, Şəmkir, Quba, Şamaxı filiallarında əsaslı təmir işləri həyata keçirilmişdir. Dövlət Arxivinin Mərkəzi Laboratoriyasının istehsalat və əmək şəraitinin daha da yaxşılaşdırılması, Sumqayıt filialı üçün yeni uyğun bina təmin edilməsi işləri həyata keçirilir. Yerli icra hakimiyyəti orqanları ilə birlikdə aparılan işlər nəticəsində bir sıra rayon dövlət arxivlərinin (Xaçmaz, Balakən, Zaqatala, İsmayıllı, Cəlilabad, Qusar, Şabran, Samux, Kürdəmir, Xocalı, Xızı və s.) daha uyğun binalara köçürülməsi ya onlara əlavə otaqların verilməsi təmin olunmuşdur.

Hazırda Dövlət arxiv xidməti sisteminə Milli Arxiv İdarəsi və tabeliyində 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, 50 rayon (şəhər) dövlət arxivi, Naxçıvan MR Dövlət Arxiv İdarəsi və onun tabeliyindəki dövlət arxivləri daxildir. Respublikamızın dövlət arxivlərində 300 illik tarixi dövrü əhatə edən 15 mindən artıq arxiv fondu, 3 milyondan artıq kağız əsaslı saxlama vahidi, 450 mindən çox kino-foto-fono sənəd, 42583 çap məhsulu (kitab, jurnal, qəzet) mühafizə olunur. Dövlət arxivlərinin qarşısında duran vəzifələrin məzmunu zamanla dəyişir, onun elmi və ictimai əhəmiyyəti artır.

Dövlət arxivləri artıq milli-mənəvi dəyərlərin qorunmasına, ictimai fikrin, milli şüurun, vətəndaş cəmiyyətinin formalaşmasına, mədəniyyətin tərəqqisinə, hüquqi dövlət quruculuğuna böyük töhfələr verən sosial institutlara, peşəkar kadrların işlədiyi elmi-tədqiqat müəssisələrinə çevrilır. Dövlət arxivləri elmi-tədqiqat xarakterli materiallar hazırlayır, arxiv sənədlərindən elmin, mədəniyyətin, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafında geniş istifadə edilir. Arxivlər vətəndaşların sosial hüquqlarının müdafiəsini təmin edir, idarəetmədə zəruri qərarların qəbul üçün retrospektiv məlumatları dövlət orqanlarına təqdim edir, cəmiyyətin sənədlər əsasında maarifləndirilməsi ilə bağlı mədəni tədbirlər həyata keçirir, insanların keçmişlə bağlı biliklərinin əldə edilməsinə xidmət göstərir, habelə dövlətin rəsmi sənədlərinin mühafizəsini təmin etməklə zəngin informasiya resurslarını formalaşdırır.

Milli arxiv fondu xalqımızın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu olaraq hər gün yeni sənədlərlə zənginləşir. Azərbaycan Respublikasının konstitusiya quruluşunun dəyişməsi, iqtisadi islahatlarla bağlı müəssisələrin mülkiyyət formalarının dəyişməsi, yenilərin yaranması, bir qisminin ləğv olunması Milli arxiv fonduna daxil olan sənədlərin kəmiyyət baxımdan həcminin artmasına səbəb olduğu kimi, həm də onun məzmun etibarilə keyfiyyətini artırmışdır.

Hazırda dövlət arxivlərimizdə mühafizə olunan Milli arxiv fondu sənədlərinin strukturunda idarəçilik sənədlərinin həcmi ümumi sənədlərin, təxminən, 75 faizini təşkil edir (digər 25 faizi isə elmi-texniki, şəxsi mənşəli, kino, foto və fono sənədlərdir). İdarəetmə prosesində yaranan sənədlərin tarixi-ictimai əhəmiyyəti həm də onların sosial həyatdakı fakt və hadisələri tam və dolğun əks etdirməsi ilə ölçülür.

Cəmiyyətin inkişaf dinamikasının konsentrasiya olunmuş şəkildə idarəçilik sənədlərində əks olunması nəzərə alınaraq, bu növ sənədlərin daimi dövlət mühafizəsinə qəbuluna xüsusi diqqət verilir. İdarəcilik sənədlərinin tərkibinə cəmiyyətin inkişafına yönələn, bu inkişafa nail olunmasını təmin edən, əldə olunmuş nailiyyətlərin uçotunu aparan, yeni vəzifələri müəyyənləşdirən, iqtisadi, siyasi, hüquqi, mədəni münasibətlər sistemini formalaşdıran sənədlər kompleksi daxil edilir.

Dövlət arxivlərində vətən tarixinin ilkin mənbələr əsasında öyrənilməsində müstəsna əhəmiyyət kəsb edən minlərlə fond və yüz minlərlə sənəd saxlanılır. Onlara xanlıqlar dövründə verilmiş fərmanlar, XIX əsrin əvvəllərində Rusiya imperiyasının yerli dövlət idarələrində yaranan Azərbaycanın siyasi, iqtisadi, mədəni, həyatından bəhs edən sənədlər, tarixi “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələrinin nüsxələri, təhsil, səhiyyə sahələrində aparılan işlər, neft sənayesi, şəhərsalma, faydalı qazıntı məhsullarının kəşfi, milli zəmində baş vermiş münaqişələr, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin, parlamentin, ayrı-ayrı nazirliklərin fəaliyyətinə dair qiymətli sənədlər, deportasiya, soyqırım, tarixləri ilə bağlı komissiyaların sənədləri, Azərbaycanda sovet quruculuğu, kollektivləşdirmə, mədəni inqilab, sənayenin, kənd təsərrüfatının inkişafı, elm, təhsil, səhiyyə sahələrindəki tərəqqi, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif dövlət tədbirlərində, sənaye, sosial və hərbi obyektlərin açılışı mərasimlərində, xarici ölkələrə səfərlərində, müxtəlif dövlətlərin rəhbərləri, diplomatik korpusların nümayəndələri ilə görüşlərində və digər tədbirlərdə lentə alınmış kino-foto-fono sənədlər, o cümlədən görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimlərinin yüzlərlə şəxsi fondları daxildir.

Arxivlərdə uzun illər məxfi qriflə saxlanılan və istifadəyə qapalı olan sənədlərin üzərindən müstəqillik illərində məxfilik qrifinin götürülməsi tədqiqatçı-alimlərimizin arxiv sənədlərindən istifadəyə marağını daha da artırmış və arxiv sənədləri əsasında aparılan elmi-tədqiqatların həcmi əhəmiyyətli dərəcədə çoxalmışdır. Dövlət arxivləri, elm adamları tərəfindən xalqımızın keçmişi ilə bağlı tarixi sənədlərindən, arxiv materiallardan istifadə etməklə elmi dövriyyəyə yüzlərlə yeni sənəd gətirilmişdir.

Dövlət arxivləri hər il on minlərlə Azərbaycan və xarici ölkə vətəndaşlarından daxil olan sosial-hüquq xarakterli sorğuları icra etməklə onların qanuni hüquq və maraqlarının təmin olunmasında iştirak edir, əhalinin keçmişlə bağlı informasiyaya olan tələbatını ödəyirlər. Dövlət arxivləri və arxivçilər tarixi həqiqətləri təhrif edən, millətçilik ideyaları yaymaqla özlərinə saxta tarix yaradanların qarşısına tutarlı faktlar, sübutlar qoymaqla bu müqəddəs işdə öz məsuliyyətlərini aydın başa düşür və Vətən tarixinin keşiyində şərəflə dururlar.

Əsgər RƏSULOV,
Milli Arxiv İdarəsinin rəisi,

Həsən HƏSƏNOV,
rəis müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri