Icma.az
close
up
RU
Müasir Azərbaycan enerji təhlükəsizliyinin açar ölkəsi və humanitar diplomatiyanın fəal iştirakçısıdır ŞƏRH

Müasir Azərbaycan enerji təhlükəsizliyinin açar ölkəsi və humanitar diplomatiyanın fəal iştirakçısıdır ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

28 May – Müstəqillik Günü Azərbaycan xalqının əsrlər boyu davam edən azadlıq və suverenlik arzusunun reallığa çevrildiyi, öz müqəddəratını təyin etmək hüququnu beynəlxalq hüquq çərçivəsində həyata keçirdiyi fəxr etdiyimiz, vüqarlandığımız gündür. XX əsrin əvvəllərində baş verən mürəkkəb geosiyasi proseslər şəraitində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC), yalnız Azərbaycan tarixində deyil, bütövlükdə Şərq və İslam dünyasında ilk parlamentli, demokratik və dünyəvi respublika kimi əbədiyyət qazanıb.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva AZƏRTAC-a açıqlamasında söyləyib.

AXC-nin milli dövlətçilik ənənələrinin bərpası və müasir dövlətçiliyin əsaslarının qoyulması baxımından fundamental əhəmiyyət daşıdığını vurğulayan Günay Əfəndiyeva deyib: “Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsi ilə elan edilən AXC cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu cümhuriyyətin hüquqi, siyasi və ideoloji irsi Azərbaycan Respublikasının dövlət quruluşunda bu gün də yaşamaqdadır. AXC dövründə qəbul edilən qərarlar - qadınlara seçki hüququnun verilməsi, milli ordu və diplomatik korpusun yaradılması, milli valyutanın dövriyyəyə buraxılması və digər mühüm institusional islahatlar o dövrün kontekstində olduqca qabaqcıl və cəsarətli, olduqca mühüm siyasi addımlar idi. Lakin 1920-ci ilin aprelində sovet işğalı ilə Azərbaycan müstəqilliyini itirsə də, bu ideya heç vaxt xalqın yaddaşından silinmədi. Xalqımızın milli iradəsi, müstəqillik arzusu yaşadı və nəhayət 1991-ci ildə Azərbaycan Respublikası öz suverenliyini bərpa etdi. Beləliklə, 28 May tarixinin yenidən dövlət bayramı kimi qeyd olunması yalnız tarixi ədalətin bərpası deyil, həm də milli yaddaşın, milli qürurun dirçəlməsi idi”.

Deputat tarixi irsi müasir dövrdə daha da möhkəmləndirən Ulu Öndər Heydər Əliyevin apardığı milli dövlət quruculuğu siyasəti barədə danışıb: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yalnız de-jure deyil, həm də de-fakto səviyyəsinə qaldırmış, müasir hüquqi dövlətin və vətəndaş cəmiyyətinin təməl sütunlarını formalaşdırmışdır. Onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası regionda və onun hüdudlarından kənarda sülh, inkişaf və əməkdaşlıq modelini təklif edən, enerji təhlükəsizliyində həlledici rol oynayan, mühüm beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı olan nüfuzlu bir dövlətdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpası məhz həmin dövlətçilik iradəsinin və müstəqillik əzminin təcəssümünə çevrildi. Bu tarixi hadisələr, müasir Azərbaycanın real gücünü, milli birliyini və siyasi qətiyyətini nümayiş etdirdi.

Müasir Azərbaycan – Cənubi Qafqazın lider dövləti, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin mərkəzi, enerji təhlükəsizliyinin açar ölkəsi və humanitar diplomatiyanın fəal iştirakçısıdır. Bu nailiyyətlərin hər biri Azərbaycanın milli müstəqillik irsinə sadiqliyinin təzahürüdür. XX əsrin əvvəllərində Azərbaycan bütün müsəlman Şərqində, o cümlədən Türk dünyasında ilk müstəqil demokratik respublika idi. XXI əsrin əvvəlində isə Ulu Öndərin qoyduğu təməllərə əsaslanan Azərbaycan dünya miqyasında mühüm strateji əhəmiyyət kəsb edən, qlobal təsirə malik müasir və qüdrətli ölkədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri