Icma.az
close
up
RU
Müasir dövrün tələbləri ilə ayaqlaşmayan banklar çox güman ki, rəqabətdə uduzub bağlana bilər

Müasir dövrün tələbləri ilə ayaqlaşmayan banklar çox güman ki, rəqabətdə uduzub bağlana bilər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanın ən böyük 3 bankının həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmə səviyyəsi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, 2023-cü illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1,7 faiz bəndi artaraq 54,1 %, depozit portfeli üzrə bazar payı isə 1,8 faiz bəndi artaraq 67,4 % təşkil edib. Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb (63 %).

Bu vəziyyət ölkə iqtisadiyyatı və bank sektoru üçün nə vəd edir?

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada bir təhlükə yoxdur.

Emin Qəribli

Emin Qəribli bildirib ki, Türkiyə əhalisi Azərbaycandan təxminən yeddi dəfə çoxdur, amma bankların sayına baxsaq, bizdə 25, onlarda təxminən 60-dır.

“Bizdə əslində inhisar formalaşır. Gələcəkdə yeni banklar da yaranacaq. Təbii ki, dövrün tələbləri ilə ayaqlaşmayan banklar da çox güman ki, bağlana da bilər. Mən burada bir problem görmürəm.

Vaşinqton konsensusu var idi. Orada ayrı- ayrı problemlər vurğulanırdı. Xüsusən də burada iri müəssisələrin yaranmasını bizə qəbahət görürdülər. Araşdıraq: misal, telefon bazarı... Neçə faiz iri şirkətlər, xüsusən də Apple və digər şirkətlər bu bazarı zəbt ediblər? Kompüter və digər şirkətlər var ki, bir şirkət bir çox müəssisələrin səhmlərini alıb və bazarın da mühüm hissəsini onlar zəbt ediblər. Bu, o demək deyil ki, problem yaranacaq. Xeyr, güclü institutlar formalaşır. Kommersiya bankları yeni dövrə uyğun xarici investisiya cəlb eləmirlər. Adlarını çəkmək istəmirəm, amma elə kommersiya bankları var ki, bu gün artıq sazişlər imzalayıblar və xarici investorları cəlb etmək istəyirlər”-deyən Qəribli hesab edir ki, bunun özü bir stimuldur.

İqtisadçının fikrincə, bazarda qalmaq üçün yeni bazarın tələblərinə uyğun addım atılmalıdır.

“Bu gün Donald Trampın siyasətinə baxsaq görərik ki, iri rəqabət qabiliyyətli müəssisələrin sayının artırılmasına dair səylər göstərir. Mənə elə gəlir, bu, bizə yeridilən lüzumsuz ideologiyadır. Mən burada tam əksinə, yeni, güclü institutların, rəqabətqabiliyyətli müəssisələrin yaradılmasının tərəfdarıyam. Daxili bazarda bir çox məhsullar xaricdən gəlir. Bu xaricdə olanda bir təhlükə görmürük, amma daxildə olanda biz təhlükə görürük”-deyə iqtisadçı vurğulayıb.

Emin Qəribli qeyd edib ki, dünya iqtisadiyyatında ayrı-ayrı ölkələrin hansısa nomenklatura məhsullar üzrə kifayət qədər payı çoxdur və ya müəssisələrin payı çoxdur, amma heç kimə irad bildirilmir. İqtisadçı hesab edir ki, bu da normal prosesdir.

“Bank sistemi bizdə kifayət qədər inkişaf edir. Tövsiyə edərdim ki, banklar öz siyasətinə gələcəyə yönəlik yenidən baxsınlar”-deyə Emin Qəribli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri