Icma.az
close
up
RU
Müasir İpək Yolu üzərində türk dövlətlərinin sosial mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər beynəlxalq elmi konfrans

Müasir İpək Yolu üzərində türk dövlətlərinin sosial mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər beynəlxalq elmi konfrans

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Müasir İpək Yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir AzMİU, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və “Ingla International Education Training Center” tərəfindən birgə təşkil olunub.

Açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı və Kokand Universitetinin elmi işlər üzrə prorektoru professor Zebohan Kobilova çıxış ediblər.

Konfransda müasir İpək Yolunun Türk dövlətləri arasında sosial-mədəni inteqrasiya proseslərinin güclənməsində oynadığı rol, regional əməkdaşlığın genişləndirilməsi, elmi-humanitar əlaqələrin yeni mərhələyə keçidi və qarşıda duran strateji vəzifələr vurğulanıb.

Plenar iclas çərçivəsində bir sıra aktual mövzular üzrə elmi məruzələr təqdim olunub.

Türkiyənin Ərzincan Universitetindən professor Kərəm Karabulut “Türk Dünyasında sosial-mədəni inteqrasiya: tarixi irsdən gələcəyə doğru” mövzusunda çıxış edərək Türk dünyasının ortaq mədəni irsinin müasir inteqrasiya modelində oynadığı strukturlaşdırıcı rola diqqət çəkib.

Özbəkistanın Kokand Universitetinin professoru Maqsud Asadov “Müasir İpək Yolu boyunca: mənəvi yüksəliş və Xarəzm maarifçiliyi” mövzusunda məruzə ilə çıxış edib.

Türkiyənin Başkent Universitetinin professoru İsmayıl Aydıngün “İpək yolu boyunca türk dövlətlərinin sosiokultural inteqrasiya prosesləri” mövzusunda çıxışında İpək Yolunun tarixən yaratdığı sosial-mədəni şəbəkələşməni, hazırda isə regional inteqrasiyanın sosial elmlər baxımından mahiyyətini təhlil edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dosenti Faiq Ələkbərli isə “Türk fəlsəfə tarixi və müasirlik” mövzusunda məruzə edərək Türk fəlsəfə irsinin müasir intellektual mühitdə yenidən qiymətləndirilməsi və aktuallaşdırılması məsələlərinə toxunub.

Plenar məruzələrdən sonra müzakirələr aparılıb və çıxışların elmi-nəzəri nəticələri üzrə bir sıra təkliflər səsləndirilib.

Konfransın ikinci hissəsi bölmə iclasları ilə davam edib.

“Tarixi-mədəni irs və müasir interpretasiyalar” adlı A bölməsinə tarix elmləri doktoru Eynulla Mədətli, “Süni intellekt, rəqəmsallıq və fəlsəfə” mövzulu B bölməsinə isə fəlsəfə elmləri doktoru Füzuli Qurbanov moderatorluq edib.

Bölmə iclaslarında Türk dünyasının tarixi-mədəni sərvətlərinin müasir kontekstdə şərhi, rəqəmsallaşmanın mədəni inteqrasiyaya təsiri, süni intellekt və fəlsəfi baxışların sosial transformasiyadakı rolu kimi məsələlər geniş şəkildə müzakirə olunub.

Konfransın sonunda iştirakçılar Türk dövlətləri arasında humanitar və elmi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflərlə çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri