Icma.az
close
up
RU
Müasir uşaqlar və kitab sevgisi...

Müasir uşaqlar və kitab sevgisi...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Reyhan Yusifqızı ilə söhbət

Müasir dövrdə uşaqları kitaba cəlb etmək əvvəlki illərlə müqayisədə daha çətin görünsə də, uşaq ədəbiyyatına marağın hələ də yaşadığının şahidi oluruq. Yazıçı Reyhan Yusifqızı ilə söhbətimizdə onun uşaqlar üçün yazmağa necə başladığından, müasir uşaqların maraq dairəsindən, kitabların vizual əhəmiyyətindən  danışdıq.

- Reyhan xanım, necə oldu ki, məhz uşaqlar üçün yazmağa başladınız?

- Uşaq ədəbiyyatına başlama səbəb qızlarım oldu. Onlar lap kiçik yaşlarından danışdığım hekayələri çox sevirdilər. Hətta məktəbdə sinifdənkənar oxu dərslərində gedib həmin hekayələri müəllimələrinə danışırdılar. Bir gün qızımın müəlliməsi məni məktəbə dəvət etdi və bildirdi ki, bu hekayələr həm onun, həm də uşaqların çox xoşuna gəlir. Onları dərc etməyi tövsiyə etdi.  Beləliklə, ilk kitab ideyası yarandı.

- Neçə ildir yazıçı olaraq fəaliyyət göstərirsiniz?

- Bu hadisə təxminən 2000-ci illərə təsadüf edir. Sonra daha ciddi şəkildə yazmağa başladım. Bir dəfə kiçik qızım səmadakı ulduzları bizə bənzətdiyini dedi və bu mənə yeni bir ideya verdi. Beləliklə, “Yaşıl gözlü qız” əsərini yazdım. Uğurlu bir əsər alındı. Dostum Yasemin Bayır əsəri oxumaq istədi, sonra onu tərcümə etdi və müsabiqəyə təqdim etdik. Nəticədə üçüncü yerə layiq görüldüm və Ankaraya dəvət olundum. Bu, mənim yazıçı kimi ilk uğurum idi.

- Bildiyim qədər, böyüklər üçün də yazırsınız.

- Bəli, böyüklər üçün də maraqlı hekayələrim var. Lakin uşaq ədəbiyyatı ilə məşğul olduqca gördüm ki, bu sahəyə ciddi ehtiyac var. Artıq uşaqlar üçün yazdığım kitablar təkrar-təkrar nəşr olunur.

- Həm uşaqlar, həm də böyüklər üçün yazırsınız. Bu iki istiqamət arasında hansı fərqləri görürsünüz?

- Uşaqlar üçün yazmaq daha çətindir. Onların dünyasına uyğun düşünmək və yazmaq lazımdır. Eyni zamanda, dil daha sadə və maraqlı olmalıdır.

- Məqsəd nə olmalıdır: əyləndirmək, yoxsa öyrətmək?

- Məncə, hər ikisi. Müasir uşaqlar daha çox əylənərək öyrənmək istəyirlər. Uşaq kitabı yazarkən mövzuya sərhəd qoymuram. Əsas odur ki, hər şey uşaqların dili ilə izah edilsin. Uşaq hər şey haqqında, amma yaşına uyğun şəkildə məlumat almalıdır. Əgər biz bunu düzgün formada çatdırmasaq, onlar başqa mənbələrdən öyrənəcəklər. Bəzən mənə iradlar da olur. Məsələn, bir valideyn zəng edib kitabımda sevgidən bəhs etdiyim üçün narazılıq bildirmişdi. Halbuki həmin kitab 12+ yaş qrupu üçün nəzərdə tutulmuşdu. Valideynlərə tövsiyəm odur ki, uşaqlara yaş kateqoriyasına uyğun kitab seçsinlər.

- Müasir dövrdə uşaqların telefon və kompüterdən asılılığı artır. Yazılarınızda  bu mövzuya toxunursuz?

- Biz elə bir dövrdə yaşayırıq ki, onları internet dünyasından tamamilə  uzaqlaşdırmaq mümkün deyil. Mən deməzdim ki, uşaqlar az oxuyur. Əksinə, onların kitaba marağı artır. Sadəcə, maraqlarına uyğun kitablar azdır. Seçim verilsə, əlbəttə ki, telefonu seçəcəklər. Çünki internet informasiyanı daha sürətli və hazır şəkildə təqdim edir. Kitab isə uşağı düşünməyə, analiz etməyə vadar edir.

- Kitablarda vizuallığa nə dərəcədə önəm verirsiniz?

- Əvvəllər kitablarımdakı illüstrasiyalar əsasən ağ-qara olurdu. Lakin son bir ildə nəşriyyat qərar verdi ki, şəkillər tam yenilənsin. İllüstrasiyalar “danışır”, məzmunu vizual şəkildə oxucuya çatdırır. Ən əsası isə uşaqları cəlb edir. Uşaqlar kitabı oxumadan əvvəl belə mövzu haqqında təsəvvür formalaşdırırlar.

- Bildiyim qədər, həmin şəkillərin müəllifi qızınızdır.

- Bəli, Aysel Şıxlı rəssamdır və daim öz üzərində çalışır. Nəşriyyat onu özü dəvət etdi.

- Yaxın günlərdə Bolonya kitab sərgisində iştirak etmisiniz. Təəssüratlarınızı bölüşərdiniz.

- Oradan çox xoş təəssüratlarla qayıtdım. Sərgidə kitab stendlərinin yanından keçərkən heyran qalırdım. Bir daha anladım ki, illüstrasiyalar kitabın sadəcə bəzəyi deyil, onun vacib hissəsidir. Hətta sərgidə illüstratorlar üçün ayrıca kafe zonası da var idi.

- Yaxın günlərdə ölkəmizdə də kitab sərgisi keçiriləcək. Bolonya sərgisindən hansı məqamları bizdə görmək istərdiniz?

- Bilirsiniz, bizim ölkədə sərgilər bir qədər fərqli formatda keçirilir. Mən istərdim ki, bizdə də daha çox interaktivlik, illüstrasiyalara xüsusi diqqət və oxucu ilə müəllif arasında daha canlı ünsiyyət imkanları yaradılsın. Ümid edirəm ki, gələcək zamanda kitab sahəsində düşüncələrimiz daha gözəl şəkildə özünü doğruldacaq.

Söhbətləşdi: Havar Şəfiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri