Icma.az
close
up
RU
Müasir dövrdə uşaqlar niyə əvvəlki nəsillərdən daha az kitab oxuyurlar?

Müasir dövrdə uşaqlar niyə əvvəlki nəsillərdən daha az kitab oxuyurlar?

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı cəmiyyətin bütün sahələrində olduğu kimi, uşaqların dünyagörüşünə, maraq dairəsinə və asudə vaxtlarını keçirmə tərzinə ciddi təsir göstərir. Əgər əvvəllər kitab uşaqların ən yaxın dostu, əsas bilik mənbəyi və mənəvi inkişaf vasitəsi hesab olunurdusa, bu gün rəqəmsal texnologiyalar onların həyatında daha geniş yer tutur. Bunun nəticəsində kitab oxumağa ayrılan vaxt getdikcə azalır.

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin Peşəkar inkişaf və təlimlər üzrə koordinatoru Aynurə Qasımova AZƏRTAC-a müsahibəsində uşaqların mütaliəyə marağının azalmasının səbəbləri, kitab oxumağın onların inkişafına təsiri və bu istiqamətdə ailə ilə məktəbin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb.

Müsahibimiz qeyd edib ki, kitab oxumaq uşağın təfəkkürünün inkişafına, nitq mədəniyyətinin formalaşmasına, söz ehtiyatının zənginləşməsinə, məntiqi və tənqidi düşünmə bacarıqlarının inkişafına, dünyagörüşünün genişlənməsinə və mənəvi dəyərlərə yiyələnməsinə mühüm təsir göstərir. Mütaliə zamanı uşaq yalnız hadisələri oxumur, onları təhlil edir, müqayisə aparır, nəticə çıxarır və öz daxili dünyasını zənginləşdirir. Psixoloqların fikrincə, müntəzəm kitab oxuyan uşaqların diqqəti, yaddaşı və ünsiyyət bacarıqları daha yüksək səviyyədə inkişaf edir. Belə uşaqlar fikirlərini daha sərbəst ifadə edir, müxtəlif situasiyalarda düzgün qərar qəbul etməkdə çətinlik çəkmirlər.

Digər mühüm səbəblərdən biri ailədə mütaliə mühitinin zəifləməsidir. Uşaq ilk nümunəni ailədə görür. Əgər valideyn kitab oxuyursa, evdə kitab rəfi varsa, mütəmadi olaraq kitab mağazalarına və kitabxanalara baş çəkilirsə, uşaqda da kitaba qarşı maraq yaranır. Əksinə, valideynin bütün vaxtını telefon və televiziya qarşısında keçirməsi uşağa fərqli nümunə göstərir. Bu səbəbdən ailədə mütaliə ənənəsinin qorunması uşaqların oxu mədəniyyətinin formalaşmasında həlledici rol oynayır.

Məktəb də bu istiqamətdə mühüm vəzifə daşıyır. Müəllim yalnız dərs keçən şəxs deyil, həm də şagirdlərin mütaliəyə marağını formalaşdıran, onları kitabla dostlaşdıran bir bələdçidir. Dərslərdə bədii əsərlərdən nümunələrin səsləndirilməsi, mütaliə saatlarının təşkili, kitab müzakirələrinin keçirilməsi, müəlliflərlə görüşlərin təşkili və məktəb kitabxanalarının zənginləşdirilməsi uşaqların kitab sevgisini artıran təsirli vasitələrdəndir.

“Müasir tədqiqatlar göstərir ki, müntəzəm kitab oxuyan uşaqların akademik nailiyyətləri daha yüksək olur. Onlar dərsləri daha yaxşı mənimsəyir, mətnləri təhlil etməkdə, fikirlərini əsaslandırmaqda və yaradıcı yazı bacarıqlarında daha uğurlu nəticələr göstərirlər. Kitab oxumaq yalnız məktəb qiymətlərinə deyil, eyni zamanda, uşağın emosional inkişafına müsbət təsir edir. Bədii əsərlərin qəhrəmanları ilə tanış olan uşaq müxtəlif həyat hadisələrini anlamağı, insanlara qarşı mərhəmətli və tolerant olmağı öyrənir. Məhz buna görə mütaliə şəxsiyyətin formalaşmasında mühüm tərbiyə vasitəsi hesab edilir”,-deyə A.Qasımova bildirib. O, əlavə edib ki, Azərbaycan xalqının zəngin ədəbi irsi uşaqların mənəvi inkişafı üçün böyük imkanlar yaradır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Süleyman Sani Axundov, Bəxtiyar Vahabzadə və digər görkəmli söz ustalarının əsərləri uşaqlarda vətənpərvərlik, humanizm, xeyirxahlıq və milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edir. Bununla yanaşı, dünya uşaq ədəbiyyatının seçilmiş nümunələri də uşaqların dünyagörüşünün genişlənməsində mühüm rol oynayır.

Müasir uşaqların kitab oxumağa marağının azalması yalnız təhsil sisteminin problemi deyil. Bu, bütövlükdə cəmiyyətin diqqət yetirməli olduğu məsələlərdən biridir. Ailə, məktəb, kitabxanalar, nəşriyyatlar, media və dövlət qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər. Uşaqlar üçün maraqlı məzmunlu kitabların nəşri, kitab festivallarının təşkili, müəlliflərlə görüşlərin keçirilməsi və oxu mədəniyyətini təşviq edən layihələrin artırılması mühüm nəticələr verə bilər.

Müxbir - Xatirə Cəfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri