Müayinənin nəticəsi: Messi yorulub!
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lionel Messinin zədəsi ilə bağlı ilkin diaqnoz açıqlanıb.
QOL.az xəbər verir ki, “İnter Mayami”nin mətbuat xidmətinin yaydığı məlumata görə, argentinalı hücumçunun tibbi müayinəsi zamanı sol ayağında əzələ yorğunluğu aşkarlanıb.
Klubdan bildirilib ki, futbolçunun məşqlərə və oyunlara qayıdış müddəti onun kliniki və funksional vəziyyətindən asılı olacaq.
38 yaşlı Messi MLS-in növbəti turunda “Filadelfiya” ilə matçın 73-cü dəqiqəsində əvəzlənmişdi. Oyunun bir epizodunda sol budunun yuxarı hissəsindən narahatlıq hiss edən futbolçu əvəzlənməni istəyərək birbaşa paltardəyişmə otağına yollanmışdı.
Qeyd edək ki, Messi 2025-ci il mövsümündə əzələ problemlərinə görə “İnter Mayami”nin 4 oyununu buraxıb. Buna baxmayaraq, o, Argentina millisinin DÇ-2026 üçün geniş heyətinə daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 26 May 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















