Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Braziliyada “LAAD 2025” sərgisində iştirak edir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Aprelin 1-də Braziliya Federativ Respublikasının Rio-de-Janeyro şəhərində “LAAD 2025” Müdafiə və Təhlükəsizlik Sərgisi işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 40 ölkədən 300-yə yaxın iştirakçının qatıldığı sərgidə atıcı silahlar, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri üçün müxtəlif çaplı döyüş sursatları, kəşfiyyat və taktiki əməliyyatlar üçün nəzərdə tutulmuş zirehli maşınlar, minaya davamlı avtomobillər, artilleriya sistemləri, torpedalar, sualtı qayıqlar, tank əleyhinə idarə olunan raketlər, pilotsuz uçuş aparatları və s. nümayiş etdirilir.
Açılış mərasimindən sonra H.Əzimov sərgidə nümayiş etdirilən məhsullarla tanış olub.
Tədbir çərçivəsində nazir müavini Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Şuay Alpay, qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin, eyni zamanda, “Baykar”, “Nurol Makina”, "ASPİLSAN Enerji" və Rusiya Federasiyasının “Rosoboronexport” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesinə həsr olunmuş beynəlxalq sərgilərin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, aprelin 4-də başa çatacaq sərgidə Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti üçüncü dəfədir iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















