Icma.az
close
up
RU
Müəllimə yük , şagirdə risk... İnklüziv təhsildə şagirdlərin təhlükəsizliyi üçün sistemli addımlar atılmalıdır

Müəllimə yük , şagirdə risk... İnklüziv təhsildə şagirdlərin təhlükəsizliyi üçün sistemli addımlar atılmalıdır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Son vaxtlar məktəblərdə inklüziv təhsil yanaşması genişlənir və müxtəlif imkanlara malik uşaqların bir sinifdə təhsil almasını nəzərdə tutur. Bu, ilk baxışda təqdirəlayiq və humanist bir yanaşmadır: Bütün uşaqlar bir sinifdə, eyni mühitdə, eyni hüquqlarla təhsil alır. Lakin bəzi hallarda psixoloji fəqliliyi olan uşaqların davranışları sinifdə gərginlik yarada, digər şagirdlərin təhlükəsizliyini sual altına qoya bilər. Valideynlər və müəllimlər bu məsələdə balans tapmağa çalışır. Bu vəziyyət təhsil sistemində yeni çağırışlar doğurur: inklüzivlik necə təmin edilməli, eyni zamanda sinif mühiti necə qorunmalıdır?

Əqli və ya psixoloji problemi olan, aqressiv davranışlar göstərən bir uşaq sinif yoldaşını səbəbsiz yerə şillələyirsə, dişləyirsə və ya psixoloji təzyiq göstərirsə - bu davranış başqa uşağın haqqına girmək deyilmi? Övladımı sinifdə sinif yoldaşı vurursa və başqa bir uşağın qolunu dişləyirsə, burda günah kimdədir? Uşaqlar adekvat cavab verə bilmir, söz deyə bilmir, sadəcə uzaqbaşı “neynirsən” deməklə kifayətlənirlər. Valideynlərin narahatlığı haqlı səbəblərə əsaslanır. Eyni zamanda həmin uşağın da valideyni narahatdır. Övladına görə, olan hadisələrə görə xəcalət çəkir, üzrxahlıq edir, övladının şəxsi psixoloqu ilə, həmçinin məktəbin psixoloqu ilə söhbətlər aparır.

Valideyn övladını məktəbə yalnız təhsil almağa yox, eyni zamanda təhlükəsiz mühitdə formalaşmağa göndərir. Əgər təhlükəsizlik pozulursa, istər fiziki, istər psixoloji baxımdan, bu zaman inklüzivliyin adı qalır, özü yox.

Əqli və ya emosional fərqliliyi olan uşaqların da təhsilə bərabər çıxış hüququ var. Amma bu, onların təhsili üçün uyğun mühitin yaradılması ilə mümkün olmalıdır. Bu gün bu uyğun mühit varmı? Müəllimlər əlavə dəstək alırmı? Psixoloqlar siniflərlə işləyirmi? Xüsusi yardımçı heyət varmı? Bəli, məktəbdə psixoloq var, amma 3000 şagirdi olan məktəbə 2 psixoloq təbii ki, azdır. Belə olduğu halda əlbəttə ki, əgər qanunla hər həftə şagird psixoloqla görüşməlidirsə, psixoloq çatışmazlığına görə bu proses baş tutmur. Belə olduqda, yük müəllimin, risk də şagirdlərin üzərinə düşür.

Düşünürəm ki, dövlət bu məsələdə ciddi addımlar atmalıdır. Məktəblərdə psixoloqların sayı artırılmalı, müəllimlərə xüsusi təlimlər verilməlidir. Daha ağır psixoloji çətinliyi olan uşaqlar üçün ayrıca məktəblər və ya siniflər yaradılmalıdır.

P.S. Qızımın sinfində xüsusi qayğıya ehtiyacı olan uşaq qızları incitdiyinə görə, onların könlünü almaq üçün bir jest etmişdir. Anası ilə sinifdəki bütün qızlara hədiyyə almışdır.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri