Icma.az
close
up
RU
Müəllimləri təhqir edən daha bir məktəb direktorunun səs yazısı YAYILDI "Bura donuzxanadır..."

Müəllimləri təhqir edən daha bir məktəb direktorunun səs yazısı YAYILDI "Bura donuzxanadır..."

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva ilə bağlı mətbuatda və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.

Bakupost.az -ın modern.az-a istinadən məlumatına görə, onun müəllimlərə qarşı uyğunsuz davrandığı bildirilir.

Ona məxsus olduğu iddia edilən səs yazısında direktor müəllimləri təhqir edib.

Məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.

Qeyd olunub ki, Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - açıqlamada bildirilir.

Xatıərladaq ki, sözügedən məktəin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və "bura donuzxanadır" kimi ifadələr işlədib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 İyul 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see174

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see161

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see142

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see137

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see134

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see126

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see124

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see122

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri