Icma.az
close
up
RU
Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm Müəllimdən AÇIQLAMA

Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm Müəllimdən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlumat verdiyimiz kimi, müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. Bu, “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

İngilis dili müəllimi Səbinə Babayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, müasir Azərbaycan təhsil sistemində əksəriyyəti qadın müəllimlər təşkil etdiyinə görə geyim məsələsi həmişə ön plana çəkilir:

“Həm də Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olması bu mövzunun aktuallığını qoruyub saxlayır. Belə ki, müəllim istər qadın, istərsə də kişi olsun, hər hansı rəsmi dress-kodun olub-olmamasından asılı olmayaraq, geyiminə xüsusi diqqət yetirməlidir. Mənim fikrimcə, geyimdə əsas meyar nə rəng, nə də dəb olmalıdır. Əsas məsələ geyimin əxlaq və etik normalara uyğun olmasıdır. Əxlaq normaları dedikdə isə yalnız bədənin örtülməsi nəzərdə tutulmur. Geyim bədən quruluşunu qabarıq şəkildə nümayiş etdirməməli, insanın diqqətini müəllimin şəxsiyyətindən və peşə fəaliyyətindən yayındırmamalıdır. Müəllimin geyimi onun ciddiyyətini, nüfuzunu və peşəkarlığını tamamlamalıdır. Şagirdlər müəllimin danışığından, davranışından olduğu kimi, xarici görünüşündən də təsirlənirlər. Buna görə də müəllim geyimində sadəlik, səliqə və təvazökarlıq ön planda olmalıdır. Həddindən artıq dar, qısa, şəffaf və ya diqqətçəkən geyimlər təhsil müəssisəsinə uyğun hesab edilə bilməz. Yəni müəllimin geyimi onun şəxsi azadlığını məhdudlaşdırmaq yox, peşəsinin nüfuzunu qorumaq məqsədi daşımalıdır. Müəllim cəmiyyət üçün nümunədir və onun görünüşü də bu nümunəyə uyğun olmalıdır”.

Müsahibimiz müəllimlərin tamamilə eyni və monoton geyinməsinin tərəfdarı deyil:

“Fərdi zövqü əks etdirən, lakin peşəkar çərçivədən kənara çıxmayan geyim seçimi həm müəllimin özünü rahat hiss etməsinə, həm də məktəb mühitinin daha estetik görünməsinə kömək edə bilər. Lakin bu sərbəstlik heç vaxt qeyri-etik və ya təhsil mühitində diqqəti yayındıra biləcək görünüşə çevrilməməlidir. Bildiyimiz kimi, şagirdlər həyatlarının təxminən 12 ilini məktəbdə keçirirlər. Bu müddət ərzində onların yalnız akademik bilikləri deyil, həm də dünyagörüşü, yaradıcılıq qabiliyyəti və estetik zövqü formalaşır. Mən hesab edirəm ki, müəllimlərin hamısının eyni formada geyinməsi məktəb mühitində müəyyən monotonluq yarada bilər. Hər gün eyni üslubda və eyni görünüşdə olan geyimlərlə qarşılaşmaq zamanla şagirdlərdə marağın və motivasiyanın azalmasına səbəb ola bilər. İnsan beyni vizual müxtəlifliyə və yeniliyə müəyyən dərəcədə ehtiyac duyur. Fərqli rənglər, üslublar və görünüşlər ətraf mühitin daha canlı qavranılmasına kömək edir. Bu baxımdan, müəllimlərin fərdi zövqü çərçivəsində, lakin etik və peşəkar normalara uyğun geyinməsi məktəb mühitini daha dinamik və rəngarəng edə bilər”.

Həmsöhbətimizin fikrincə, məsələnin psixoloji tərəfi də mövcuddur:

“Psixoloqların da qeyd etdiyi kimi, mühitdəki müəyyən dəyişikliklər və müxtəliflik insanın diqqətinin və marağının qorunmasına müsbət təsir göstərə bilər. Tamamilə vahid və dəyişməz görünüş isə bəzi hallarda monotonluq hissini gücləndirə bilər. Bu səbəbdən düşünürəm ki, müəllimlər üçün sərt və tam vahid geyim tətbiq etməkdənsə, ümumi etik və peşəkar çərçivələrin müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Belə yanaşma həm müəllimin fərdiliyini qoruyar, həm də məktəb mühitinin həddindən artıq monotonlaşmasının qarşısını ala bilər. İkinci əsas məsələ, son illərdə müəllim peşəsinin cəmiyyətdəki nüfuzu ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsidir. Mən hesab edirəm ki, müəllimlərin vahid formaya keçməsi bəzi mənfi nəticələr də yarada bilər. Belə ki, vahid forma müəllimlərin ictimai yerlərdə, məişətdə və nəqliyyatda asanlıqla tanınmasına səbəb olacaq.

Bu isə bəzi hallarda müəllimlərin xoşagəlməz münasibətlərlə qarşılaşmasına şərait yarada bilər. Məsələn, cəmiyyətdə müəllim peşəsinə qarşı mənfi münasibət bəsləyən şəxslər onların ünvanına iradlar səsləndirə, aqressiv davranış nümayiş etdirə və ya müxtəlif narazılıqlarını müəllimlərin üzərində ifadə etməyə çalışa bilərlər. Xüsusilə ictimai nəqliyyatda və insanların sıx olduğu məkanlarda belə halların baş verməsi ehtimalı istisna deyil. Düşünürəm ki, vahid forma müəllimin nüfuzunu artırmaq əvəzinə, bəzi hallarda onu əlavə təzyiq və narahatlıqlarla üz-üzə qoya bilər. Müəllimin cəmiyyətdəki hörmətini yüksəltmək üçün ilk növbədə onun sosial statusunun, əmək şəraitinin və peşəsinə olan ictimai münasibətin yaxşılaşdırılması daha vacibdir. Nüfuz geyimlə deyil, müəllimin əməyinə verilən dəyərlə və cəmiyyətin ona göstərdiyi hörmətlə formalaşır. Geyinə desəniz, geyinəcəyik. Tabe olmaq loyallığın tələbidir. Amma qeyd etdiyim psixoloji tərəf də mütəxəssislər tərəfindən gözardı edilə bilməz”.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri