Müğənnini Maybach da qarşılayan icra başçısından 163 min manatlıq alış veriş vedrə, xəkəndaz, zibil torbaları və.s.
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Xətai Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif növ malların satınalınması üzrə keçirilən tender müsabiqəsinin qalibi "Everest-2022" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Demokrat.az 32gun.az-a istinadən xəbər verir ki, məbləği 163.466,46 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir.
Müqavilə çərçivəsində kommunal xidmətlərin təşkili və həyətlərin saxlanılması məqsədilə kərmək həyət üçün alətlər, vedrə, xəkəndaz (zibil yığımı üçün), zibil torbaları, benzinlə işləyən ağackəsənlər, bel çalov kiçik, bel ucu iti və sairə mal-materiallar satın alınacaq. Qeyd olunan malların gündəlik təsərrüfat işlərində istifadə olunması, təmizlik və yaşıllıqlara qulluq proseslərinin daha operativ həyata keçirilməsini təmin etməsi nəzərdə tutulur.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmaya görə, bu tender rayonun mənzil-kommunal infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımlardan biridir və yerli icra qurumunun tabeliyində olan birliklərin maddi-texniki bazasının yenilənməsinə xidmət edir.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Everest-2022" MMC ilə bağlı şirkətin nizamnamə məlumatları, qanuni təmsilçisi və digər detalları barədə əlavə araşdırma aparılır.
Xatırladaq ki, 30 dekabrda Xalq artisti Röya Ayxan Xətai Rayon İcra Hakimiyyətində olub. müğənnini Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və deputatlar müşaiət ediblər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















