Icma.az
close
up
RU
Müharibəni dayandırmaq sadə və asan deyil AYDINLIQ GƏTİRİLDİ

Müharibəni dayandırmaq sadə və asan deyil AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ABŞ prezidenti Donald Trampın cəhdləri təqdir olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, nəticə etibarilə çoxsaylı itkilərlə müşahidə olunan bu müharibə hər iki xalqın faciəsinə çevrilməkdədir: "Amma müharibəni dayandırmaq göründüyü kimi sadə və asan deyil. Çünki əgər tərəflər ədalətli bir sülh bağlaya bilməsələr, müharibənin yenidən alovlanma riski həmişə olacaqdır. Ona görə də, əsas məsələ necə olursa-olsun bir müharibəni dayandırmaq məqsədi olmamalıdır.

Hazırda Ukraynanı Rusiya ilə atəşkəsə hazırlamaq üçün edilən yardımlar hər gün bir qədər də azaldılır. Çünki Ukrayna hərbi uğurlar qazandığı halda heç bir atəşkəsə razı olmayacaq. Rusiyaya Qərbin yardımı ilə qalib gəlmək də mümkün görünmür. Hətta mümkün olsa belə, tərəflərdən birinin mütləq qalibiyyəti müharibənin bitməsi olacaq. Qərbin istəyi və məqsədi isə heç bir halda müharibəni bitirmək deyil. Bu müharibə daima müxtəlif aktiv və passiv fazalarda davam etməklə Rusiyanın başı üzərində “Domokl qılıncı” rolunu oynamalıdır.

Əsas məsələ davamlı sülhə nail olmaqdır ki, bu da hələ mümkün görünmür. Çünki Donald Tramp bu sülh cəhdlərində öz müttəfiqlərini də gözardı edir. Vaxtilə Amerika Birləşmiş Ştatlarının müharibəyə cəlb etdiyi Avropa Birliyi sülh danışıqlarından kənarda qalır. Az qala mümkün sülhün tərəfi olacaq, əraziləri işğala məruz qalan Ukrayna danışıqlarda iştirak etmir, yaxud da natamam iştirak edir. İşğal faktı ortada qalır. Hərbi cinayətlər ortada qalır. Belə olan halda mənə elə gəlir ki, biz sadəcə atəşkəsdən danışa bilərik. Buna da Rusiya razı olmur. Beləliklə, çox paradoksal vəziyyət yaranır. Əldə olunması düşünülən məqsəd sülhdürmü, yoxsa atəşkəsdirmi? Düşünürəm ki, bunu önümüzdəki günlərdə daha aydın görə biləcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri