Icma.az
close
up
RU
Mühüm infrastruktur layihələri Füzulinin yenidən dirçəlməsinə və Böyük Qayıdışın sürətlənməsinə xidmət edir. Millət vəkili

Mühüm infrastruktur layihələri Füzulinin yenidən dirçəlməsinə və Böyük Qayıdışın sürətlənməsinə xidmət edir. Millət vəkili

525.az saytına istinadən Icma.az xəbər verir.

17 oktyabr tarixi ölkəmizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış mühüm gündür. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi qeyd olunur. Bu qərar, yalnız bir tarixi hadisənin rəsmiləşdirilməsi deyil, həm də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi iradənin, Ordumuzun qəhrəmanlığının və dövlətimizin siyasi gücünün təntənəsidir.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsinin ən ağır və eyni zamanda ən şanlı səhifələrindən biridir. 30 ilə yaxın müddətdə düşmən tərəfindən möhkəmləndirilmiş istehkamların yarılması, bir neçə müdafiə xəttinin aşılması Azərbaycan Ordusunun peşəkarlığının, döyüş qabiliyyətinin və ruh yüksəkliyinin bariz göstəricisidir. Dünya hərbi ekspertləri belə Füzuli əməliyyatlarının mürəkkəbliyini etiraf edərək, bu uğurun qısa zamanda əldə edilməsini mümkün hesab etmirdilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bu döyüşlərdə gücünü və iradəsini bir daha sübut etdi.

Füzuli şəhərinin azad olunması təkcə hərbi baxımdan deyil, strateji əhəmiyyətinə görə də müharibənin gedişatında dönüş nöqtələrindən biri oldu. Ordumuzun gücü qarşısında düşmən müqavimətini itirdi, silahlarını ataraq geri çəkilməyə məcbur oldu. Bu fakt, Azərbaycan Silahlı Qüvvələrinin müasir, texnoloji və yüksək döyüş hazırlıqlı bir ordu olduğunu bütün dünyaya nümayiş etdirdi. 

Bu əzəmətli zəfərin nəticəsi olaraq, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi və hərbi qulluqçularımız bu medal ilə təltif olundu. Bu, dövlətimizin öz qəhrəman övladlarına göstərdiyi yüksək dəyərin təzahürüdür.

Millət vəkilinin sözlərinə görə, Füzuli azad edilmiş ərazilər arasında minalarla ən çox çirklənmiş bölgədir. İlkin hesablamalara əsasən, burada 100 mindən artıq mina basdırılıb. Bu fakt Ermənistanın müharibə cinayətləri törətdiyini, insanlıq əleyhinə əməllər həyata keçirdiyini bir daha sübut edir. Minalanmış ərazilər təkcə insan həyatına deyil, həm də sosial-iqtisadi bərpa işlərinə ciddi maneələr yaradır. Dövlətimiz bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini minalar probleminə yönəltməkdə davam edir.

Fatma Yıldırım qeyd edib ki, bu gün artıq azad edilmiş Füzuli şəhəri yenidən qurulur, dirçəlir, həyata qayıdır. Böyük Qayıdış prosesində Füzuli öncül yerdə durur və şəhərin sürətli bərpası dövlətimizin siyasi iradəsinin və güclü sosial siyasətinin təzahürüdür. Cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüsü ilə Füzuli şəhərinin bərpası, infrastrukturların yenidən qurulması istiqamətində irimiqyaslı layihələr reallaşdırılır. 2023-cü ilin mart ayında “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənmişdir. Bu gün artıq “Füzuli” yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, eləcə də Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu mühüm infrastruktur layihələri Füzulinin yenidən dirçəlməsinə və Böyük Qayıdışın sürətlənməsinə xidmət edir.

2023-cü ilin avqust ayından başlayaraq Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşmağa başladı. Bu, sadəcə fiziki qayıdış deyil. Bu həm də milli kimliyimizə, tarixi yaddaşımıza və doğma yurdlarımıza dönüşün simvoludur. İndiyə qədər 824 ailə – 3141 nəfər füzulili doğma torpaqlarına qayıdıb. 2026-cı ilin sonunadək 22 min insanın yalnız Füzuli rayonunda məskunlaşması nəzərdə tutulur. Bu, dövlətimizin strateji baxışının və planlı şəkildə həyata keçirilən sosial-iqtisadi inkişafın nəticəsidir.

Böyük Qayıdış çərçivəsində həyata keçirilən layihələr beynəlxalq əməkdaşlıq ruhunu da özündə əks etdirir. Qardaş Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə yüksək standartlara cavab verən və geniş infrastruktura malik Mirzə Uluqbəy adına məktəbin inşası bu birliyin bariz nümunəsidir. 

Qardaş Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi mədəni infrastruktur olmaqla yanaşı, iki ölkə arasında mənəvi körpünün, dostluğun və ortaq dəyərlərin simvoludur.  

Deputat bildirib ki, Füzuli bu gün həm inkişafın, həm də milli iradənin timsalına çevrilib. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və güclü liderliyi nəticəsində Böyük Qayıdış gerçəyə çevrilir. Hər bir köç karvanı, inşa edilən məktəb və mədəniyyət ocağı bu torpaqların dirçəlişini müjdələyir: "Bu gün biz bir millət olaraq həm qürur duyuruq, həm də yeni reallıqlar fonunda işğaldan azad olunmuş torpaqlarımızda davamlı sülh, rifah və inkişaf üçün birgə çalışırıq. Füzuli xalqımızın gücünü, dövlətimizin iradəsini və regional həmrəyliyi nümayiş etdirən parlaq örnəkdir. Füzuli şəhəri günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyirəm".

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri